"Serj Sakrisyanın çıxışı populizmdən ibarətdir"

20-12-2012, 12:03
Oxunub: 1825


Elman Abdullayev: "Bu cür bəyanatlar Ermənistan rəhbərliyinin status-kvonun saxlanmasında maraqlı olduğunu, bölgənin və öz ölkəsinin rifahını düşünmədiyini göstərir”


"Ermənistan prezidenti Serj Sarkisyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında söylədiyi sözlər dezinformasiya məqsədlidir və populist xarakterlidir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. O bildirib ki, S. Sarkisyan bu cür çıxışlarla dünya ictimaiyyətini yanıltmağa çalışır: "Azərbaycanın bu məsələyə dair mövqeyi daha əvvəl də dəqiq ifadə edilib. Biz hesab edirik ki, münaqişənin həlli üçün problemin kökünə baxmaq lazımdır. Problemin kökündə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı dayanır. Bu işğal bütün bölgənin inkişafını əngəlləyir”.  

 

E. Abdullayev S. Sarkisyanın Azərbaycanı anti-erməni təbliğatı və militarist siyasət aparmaqda günahlandırmasını populizm adlandırıb: "Ermənistan hakimiyyəti bununla münaqişənin həllində maraqlı olmasını imitasiya etməyə çalışır. Bu cür bəyanatlar Ermənistan rəhbərliyinin status-kvonun saxlanmasında maraqlı olduğunu, bölgənin və öz ölkəsinin rifahını düşünmədiyini göstərir”.   

 

E. Abdullayev beynəlxalq birliyin bu məsələ ilə əlaqədar susqun mövqeyindən təəssüfləndiklərini də əlavə edib. 

 

Xatırladaq ki, S. Sarkisyan dekabrın 19-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edib. O bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki destruktiv mövqeyi bölgədə ciddi təhlükə olaraq qalır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti