Nigar Yaqubluya hökm oxundu - YENİLƏNİB

19-12-2012, 17:08
Oxunub: 3236


Abşeron Rayon Məhkəməsində Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib. Vəkil Elton Quliyev istintaqın yenidən aparılması barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib. Vəkillər Nemət Kərimli və Adil İsmayılov isə istintaqın gedişindən narazılıqlarını bildiriblər.

 

Daha sonra Nigar Yaqublu son söz deyib.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

*** 

Müşavirədən qayıdan məhkəmədə hakim İlham Kərimov Nigar Yaqublu barəsində hökmü elan edib. Hökmə əsasən, Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə, həmçinin N. Yaqublunun 2 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edildiyi bildirilib.

Xatırladaq ki, Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlı olub.


 

Şərhlər : 1 Şərh yaz
Aydan 23 oktyabr 2014 13:11  
Adi yol qəzasına görə həbsə alınmış qiza 2 il 6 ay verirler,, amma 13 yashli qizi zorlayan 40 yashli ... 1 il 4 ay verirler... bele bir edalete men.....
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti