"Mənim Mirmahmud Mirəlioğluna hörmətim var"

19-12-2012, 11:13
Oxunub: 2232


"İctimai Palatada baş verənlər daxili məsələ olsa da orada ayrı-ayrı fərdlər, Elçibəyin komandasında olmuş şəxslər var ki, onlar Azərbayca üçün öz əhəmiyyətlərinin fərqində olmalıdırlar.Hesab edirəm ki,bütünməsələlər və mübahisələr sivil qaydada olmalıdır. Qaydasız döyüş başqa yerlərdə olur”.

Bunu Teleqraf.az-a Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu İctimai Palatada vahid namizəd məsələsinin Müsavat və AXCP üzvləri arasında gərginlik yaratmasına və qarşıdurma vəziyyətinin yaranmasında münasibət bildirərkən deyib. "Siyasətin müəyyən qaydaları var. Bəzilərinin bəyənmədiyi əxlaqlı siyasət – Elçibəy nümunəsi var təcrübədə.Onlar bunu nəzərə almalıdırlar” deyən M.Mirəlioğlu hesab edir ki, mübarizəni elə çərçivədə aparmaq lazımdır ki, son nəticədə pis vəziyyətdə qalmasınlar: "Düzdür, bu, daxili məsələdir. Amma ədəb-ərkanın, əxlaqın, demokratiyanın azadlığın daxili iş olduğunu da yəqin ki, kimsə qəbul etmir. Etik çərçivələr mütləq gözlənilməlidir. İsa bəyə də, Əli Bəyə də, dinləməslər belə,bir müraciətdə bulunmaq istəyirəm.Bu məsələlər heç də yaxşı görünmür. Hesab edirəm ki, bu iki bəy öz tərəfdarlarının bir-birini təhqir etməsinin, söyüş söyməsinin qarşısını ala bilər. Dur deyə bilməyəcəklərsə vəziyyətləri yaxşı olmayacaq. Bir nisyə namizədliyə, Qurbanlıq bayramına düşəcək qurbanlıq seçkiyə görə bu qədər dərinə getmək doğru deyil”.

KXCP sədri bu sözlərdən sonra üzərinə hücum çəkənlərin olacağını da istisna etmir: "Sosial şəbəkələrdə söyüş söyənlər də tapılacaq. Zatən bizdə sosial şəbəkələr bütün etik çərçivələri dağıtmağa xidmət edir. Sosial şəbəkələr dünyada diktaturaları, bizdə isə ədəb-ərkanı, hörmət və ehtiram pərdəsini dağıtdı”.

 

Etatist.com-a açıqlamasında məsələyə münasibət bildirəm Pənah Hüseyn M. Mirəlioğlunun belə ifadələr işlətməsinə inanmadığını deyib: "Mənim Mirmahmun Mirəlioğluna hörmətim var, onun belə ifadələr işlətməsinə şübhə ilə yanaşıram".

 

Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc Trend-ə bildirib ki, İctimai Palata qarşısına qoyduğu məqsədlərdən uzaqlaşıb və qeyri-müəyyən bir quruma çevrilib.

"İctimai Palata ilk öncə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məqsədi ilə yaradılmışdı, sonradan QHT-lər, sosial tələblər ortaya çıxdı və s.", - Oruc deyib.

Prezident seçkiləri ilə bağlı İP-də gedən prosesləri şərh edən AP sədri bildirib ki, orada təmsil olunan partiyaların hər birinin indiki şərtlər daxilində seçkilərdə uğur qazanması mümkünsüz görünür.

"Biz, Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq İctimai Palatanı əməkdaşlığa çağırmışdıq, lakin onlar buna qoşulmadılar. Açığı mən İctimai Palatada seçkilərdə iştirak etmək əhval-ruhiyyəsi hiss etmirəm, sadəcə olaraq oradakı ayrı-ayrı partiyalar bu prosesdən sonra müxalifət daxilindəki öz mövqelərini qoruyub önə çıxmaq uğrunda mübarizə aparırlar və bu da oradakı iki partiya liderinin uzun illər davam edən intiriqasının növbəti fazasıdır", - Oruc deyib.

Onun sözlərinə görə, bu proses artıq 20 ildir davam edir.

"20 ildir bu iki lider - İsa Qəmbərlə Əli Kərimli guya əvəzolunmaz, çox uğurlu liderlərdir və Azərbaycanın aktiv elektoratı da əsasən bu iki partiya ətrafında toparlanır. Hər seçkilər öncəsi belə bir şey çıxır ortaya - ya müxalifətin vaxtı çatmır, yaxud da seçkidə iştirak etmək üçün vahid namizədi müəyyən edə bilmir",- Əhməd Oruc deyib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə İctimai Palatada gedən proseslərin Azərbaycanın siyasi həyatına heç bir təsiri olmadığını deyib.

"Onlar küsüşə də bilərlər, barışa da bilərlər, müzakirə də apara bilərlər, sənəd də hazırlaya bilərlər, ancaq bunun siyasi situasiyada heç bir izi olmayacaq. Qapalı bir dairədirlər, özləri-özləri ilə vuruşurlar, mübarizə aparırlar, yəni özləri-özləri ilə məşğuldular", - Cəlaloğlu Trend-ə bildirib.

Şərhlər : 1 Şərh yaz
Vətən sevdalı 15 noyabr 2013 23:58  
HƏM DƏ BÖYÜK ƏKSƏRİYYƏTİN!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti