Gülər Əhmədova həbs olundu?

18-12-2012, 10:12
Oxunub: 5346


Etatist.com-un AzNews.az-a istinadən verdiyi məlumata görə, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolarda adı hallanan sabiq millət vəkili Gülər Əhmədova axşam saatlarında saxlanılıb. 

G.Əhmədova Qazax rayonundan Gürcüstan ərazisinə keçmək istəyərkən "Qırmızı körpü" keçid məntəqəsində saxlanılaraq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verilib.

 

Haqqın.az saytı G. Əhmədovanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinaytkarlığa qarşı mübrizə İdarəsinin əməkdaşları tərəfindən  saxlanıldığını və 3 saat sonra buraxıldığı xəbərini yayıb.

 

Gülər Əhmədovanın bacısı Gülnar xanım lent.az-a telefonla verdiyi açıqlamada G. Əhmədovanın həbs olunmadığını qeyd edib. Bundan sonra Gülər Əhmədova özü bu barədə danışmaq istəmədiyini bildirib.

Sabiq millət vəkilinin qardaşı İlqar Mikayıloğlu Gülər Əhmədovanın həsb xəbərinin yalan olduğunu və onun hal hazırda evdə olduğunu bildirib.


Qeyd edək ki, G.Əhmədovaya qarşı Elşad Abdullayevin deputat seçilməsi müqabilində 500 min manat istəməsi ilə bağlı yayılan video görüntüdən sonra Bakı şəhər Prokurorluğunda bağlı cinayət işi açılmışdı və istintaq aparılırdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti