Milli Fikir Mərkəzindən parlamentə alternativ təklif

26-11-2012, 03:09
Oxunub: 1299
Bu qanun qəbul olnacağı təqdirdə nə edəcəksiniz?” sualına "biz Milli Fikir Mərkəzi və Azərbaycan gənci olaraq bu qanunun əleyhinə tədbirlərimizi davam etdirəcəyik.


Noyabr ayının 21-i saat 14:00-da RATİ-də "Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması” haqqında qanuna təklif edilən əlavədə nəzərdə tutulan "Cinsi tərbiyə” fənni ilə bağlı Milli Fikir Mərkəzi alternativ təkliflərin ictimaiyyətə çatdırılması üçün mətbuat konfrası keçirib. Konfransda Milli Fikir Məkrəzinin sədri Şəhriyar Məcidzadə bu fənnin tədris olunduğu ölkələri misal gətirərək  belə bir fənnin xeyirindən daha çox fəsadlarını olacağını dedi. "1889-cu ildə İngiltərədə tədris olunmağa başlayan bu fənn, xalqın sərt reaksiyasından sonra tədris proqramından çıxarılmışdır. Daha sonradan bəzi Avropa dövlətlərində bu fənn keçilməyə başladı. Avropa dövlətlərində və ABŞ-ın bir sıra ştatlarında bu ayrıca dərs kimi yox, biologiya, həyat bilgisi, saglamlıq və s. dərslərin tərkibində öyrədilir. Cinsi problemləri olan şagirdlərə isə həmin tədris müəssisələrinin psixoloqları özəl olaraq yardımçı olurlar.” deyə o, əlavə edib.

Daha sonra Elmira Axundovanın Milli Fikir Mərkəzinin bəyanatından sonra verdiyi açıqlamaya toxunan Şəhriyar Məcidzadə "Elmira xanım verdiyi açıqlamada bu araşdırmaların bəsit düşüncəyə sahib insanlara aid olduğunu deyib. Mən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fəxri doktoru olduğu universiteti fərqlənməylə bitirmişəm. Elmira xanım da YAP-ın üzvüdü. "Bəsit düşüncəli” insana diplom verənlər Azərbaycan Respublikasının prezidentinə də fəxri doktor adı verib” deyə əlavə edib.

 "1970-ci illərdə İran şahı Rza Pəhləvi özünün "Ağ inqlab” layihəsi ilə cəmiyyəti dindar və dünyəvi görüşlü insanların qütbləşərək bölünməsinə səbəb oldu. Nəticədə əhalisinin 20%-i dindar olan İranda İslam inqlabı oldu.”

"Bu qanun qəbul olnacağı təqdirdə nə edəcəksiniz?” sualına "biz Milli Fikir Mərkəzi və Azərbaycan gənci olaraq bu qanunun əleyhinə tədbirlərimizi davam etdirəcəyik. Bu qanun qəbulu yeniyetmələr arasında zorakılıq hallarının artmasına, mühafizəkar ailələrin qız uşaqlarını məktəbə buraxmamalarına, dindar kəsimi hərəkət keçirərək, ölkədə dünyəvi görüşlü insanlarla, dindar görüşlü insanların qarşıdurmasına zəmin yaradacaq. O zaman hörmətli Elmira Axundova və Hadı Rəcəbli cavab verməli olacaq bu xalqa.” deyə cavab verib Ş. Məcidzadə.

Bundan sonra bu qanun layihəsinə alternativ təkliflərini bildirən Milli Fikir Mərkəzinin sədri, MFM-in aparmış olduğu araşdırmaların təhlilləri və alternativləri ilə bağlı prezident İlham Əliyevə və Milli Məclisin sədri Oqtay Əsədova müraciət edəcəklərini deyib, konfransı bağlı elan etdi.

Milli Fikir Mərkəzindən parlamentə alternativ təklif
Milli Fikir Mərkəzindən parlamentə alternativ təklif
Milli Fikir Mərkəzindən parlamentə alternativ təklif

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti