15 yaşlı qızı qaçırdılar

2-05-2013, 17:31
Oxunub: 1225


Bakıdan evlənmək adı ilə Gəncəyə qaçırılan azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edilib.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, apreli 30-da Bakı şəhər sakini Q. Mirzəyev Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək, azyaşlı qızı, 1998-ci il təvəllüdlü S.Mirzəyevanın qaçırıldığını bildirib. Aparılan araşdırma zamanı məlum olub ki, 15 yaşlı yeniyetmə qız öz razılığı ilə Goranboy rayon sakini, 21 yaşlı S. Həsənov tərəfindən evlənmək məqsədi ilə qaçırılıb. Gəncədə tanımadıqları evdə gecəni keçirən S.Həsənov yetkinlik yaşına çatmayan S. Mirzəyevaya qarşı seksual xarakterli hərəkətlər edib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində tədqiqat aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti