Yeni nazir haqqında yeni məlumat

29-04-2013, 09:28
Oxunub: 7585


Ölkə başçısının sərəncamı ilə aprelin 19-da Azərbaycanın təhsil naziri vəzifəsinə təyin olunan Mikayıl Cabbarovla bağlı ictimaiyyətin bilmədiyi yeni məlumat açıqlanıb.

Etatist.com-un modern.az-a istinadən xəbərinə görə, Təhsil Nazirliyindən Mikayıl Cabbarovun tərcümeyi-halı barədə rəsmi məlumat verilib. Məlum olub ki, vaxtilə ictimai həyatda fəal rol oynamış yeni təhsil bilicilik üzrə dünya çempionu olub. 

Qeyd edək ki, budəfəki məlumatda M.Cabbarovla bağlı əvvəllər qeyd olunmayan bəzi yeniliklər də yer alıb.

Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub.

1992-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub, 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib.

1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Macgeorge hüquq məktəbində hüquq, 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcələri alıb.

1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) üzvüdür.

Əmək fəaliyyətinə 1995-ci ildən bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq şirkəti və özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib.

2002-2003-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri, 2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 20 fevral tarixli sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib. Həmin vəzifədə işlədiyi dövrdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq, xarici iqtisadi əlaqələr, xarici investisiya siyasəti, beynəlxalq arbitrajlarda hüquqi məsələləri və korporativ idarəetmə kimi fəaliyyətlərin əlaqələndirilməsini həyata keçirib.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 mart tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

İctimai həyatda fəal rol oynayır. 1996-1997-ci illərdə Azərbaycan Gənclər Təşkilatları Forumunun sədr müavini seçilib. "Nə? Harada? Nə vaxt?" və "Brey Rinq" oyunlarının fəal üzvü olub.

1994-1997-ci illərdə "Atəşgah" Bakı Bilicilər Klubunun prezidenti olub.

Müxtəlif illərdə MDB və dünya çempionu adını qazanıb. 1997-ci ildə Rusiyanın 1-ci kanalında yayımlanan "Nə? Harada? Nə vaxt?" oyununda Azərbaycandan olan ilk bilici olub.

Evlidir, 2 övladı var.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 19 aprel tarixli sərəncamı ilə Azərbaycan Respublikasının təhsil naziri təyin edilib.
Şərhlər : 2 Şərh yaz
Elçin 29 aprel 2013 11:25  
Cavan və enerjili kadır kimi yaxşıdı.Amma onun təhsil sahəsindəki işini gələcəkdə görərik .Baxaq görək cavan kadrlar yaxşı işləyir yoxsa qocamanlar.Əsas məsələ bizim təsilimizin inkişafıdir.
cicek 20 iyul 2013 15:55  
salam. men CICEK ISMAYILLI rayonundanam. men demek isteyirem ki yeni tehsil nazirinin terzini chox beyendim. hetta destekliyirem. INHALLAH savadsizlashmanin qarshisini alar MIKAYIL muellim. chunki gencler arasinda savadsizlashma gedir heqiqeten bu beledir. xahish edirem bunun qarshisini alin. saqolun
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti