DİN-də dəyişiklik - Yenilənib

27-04-2013, 11:43
Oxunub: 4905


Kürdəmir rayonuna yeni polis rəisi təyin edilib.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov tutduğu vəzifədən azad edilərək Kürdəmir Rayon Polis Şöbəsinə rəis təyin olunub. 4-cü Polis Bölməsinə isə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Ramil Usubovun əmri ilə Kürdəmir rayon Polis Şöbənin rəisi, polkovnik Rasim Əliyev və müavini polkovnik-leytenant Aqil Tağıyev tutduğu vəzifədən azad ediliblər.
 
***
  

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Şöbədən APA-nın qərb bürosuna verilən məlumata görə, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb. Nazirin başqa bir əmri ilə polis mayoru Rəhim Zalov Gəncədə Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.
 
Qeyd edək ki, R. Zalov Gəncəyə təyinat almamışdan əvvəl Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində rəis vəzifəsində salışıb.

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti