İcra başçısının oğlu polis rəisi oldu

9-04-2013, 11:33
Oxunub: 22446


Bakının polis orqanlarında kütləvi yerdəyişmə olub.

Etatist.com-un APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Mühafizə İdarəsinin Xətai rayon mühafizə şöbəsinin rəisi Natiq Dəmirov tutduğu vəzifədən azad edilib. Onun yerinə Nəsimi rayon Polis İdarəsinin (RPİ) 21-ci Polis Bölməsinin rəisi Azad Quliyev təyinat alıb.
 
R. Usubovun imzaladığı digər əmrlərlə Xətai RPİ-nin 36-cı Polis Bölməsinin rəisi Nasir Babayev Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə, 20-ci Polis Bölməsinin rəisi Sahib Babayev Xəzər RPİ-nin 2-ci Polis Bölməsinə, 2-ci Polis Bölməsinin rəisi Sultan Zeynalov 1-ci Polis Bölməsinə, 1-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov isə 21-ci Polis Bölməsinə rəis təyin olunublar.

Bundan başqa, daxili işlər nazirinin əmri ilə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəisi Arif Məmmədov sərəncama göndərilib. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə, Suraxanı RPİ-nin 30-cu Polis Bölməsinin rəis müavini Vidadi Qurbanov isə 36-cı Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəisi vəzifəsinə təyin olunan R. Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğludur.  
Şərhlər : 5 Şərh yaz
genco 9 aprel 2013 11:54  
xeyirli olsun. durust iwlemeye caliwsin.
ilkin 16 fevral 2014 12:09  
Hormetli oxucular siz helede anlamadinizki,bu olke polis gucune gurulmus memleketdir!
Allahda bizden elini cekib-mence!:(
Lenkeran 11 mart 2014 22:29  
Icra bascisinin oglu elbetde reis teyin olunacaqda men de vaxti ile ali tehsilli huquqsunas ogluma gere DIN muraciet etmisem amma cox tessufler olsun siravi mellimin usagi reis olmayacaq ki
Lenkeran 12 mart 2014 08:24  
bu gunden Musavata da inanmadim cunki serhimi elave etmeye qorxursuz Men hec kesi tehqir etmemisem sadece real olan fakti serhimde bildirmisem
inkviziotor 9 aprel 2014 16:29  
Azerbaijanda ele bir Horumchek toruna benzer sistem yaradilib ki bu sitemde bashga Azerbaijan vetendashina yer yoxdur baxin Ijra bashchilarinin gardashlari deputat Nazirlerin balalari sefir butun Nazirler bir birine giz verib gudao olur bir soznen Ruslar demishgen zamknutiy krug!Lenkaran gardashimiza reis olmag uchun gerek kiminse ya gohumu ya oglu yada kurekeni olasan yoxsa onda gardash memleketi deyish!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti