Ümid gəncləri Qarabağ döyüşçüsünü müdafiə etdi

7-12-2012, 17:25
Oxunub: 1721


Etatist.com xəbər verir ki, Dekabr ayının 7-də RATİ-də, Ümid Partiyası Gənclər Təşkilatı həbsdə olan Qarabağ veteranı, Müsavat Partiyasının üzvü Oruc Məmmədovun hüquqlarını müdafiə komitəsinin yaradılması ilə bağlı mətbuat konfransı keçirib. Konfransda bir sıra partiya nümayəndələri, QHT-lər, O. Məmmədovun döyüş yoldaşları və media nümayəndələri iştirak edib. Konfrans Oruc Məmmədova həsr olunmuş video çarxla başladı. Ümid Partiyası Gənclər Təşkilatının sədri Ruslan İzzətli, Oruc Məmmədovun iki il bundan qabaq, torpaq sənədləşdirilməsində saxtakarlıq iddiasıyla həbs edildiyini qonaqlara xatırlatdı. R. İzzətli hakimiyyətin, Qarabağda canını qoyan bir insanı partiya mənsubluğuna görə həbs etməkdə təqsirləndirdi. "Qarabağ uğrunda canını qoyan biri, necə torpaq üçün saxtakarlıq edə bilər?" Ruslan İzzətli belə deyib.

Ümid gəncləri Qarabağ döyüşçüsünü müdafiə etdi

 Keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov, Oruc Məmmədovu 1991-ci ildən tanıdığını bildirərək, onun belə bir iş görəcək adam olmadığını deyib. O. Məmmədovun müharibə vaxtı Xocalıda qəhrəmanlıqlar göstərdiyini vurğulayaraq, onun dərhal azadlığa buraxılmasını tələb edib. "Əgər biz bütöv Azərbaycan istəyiriksə, bizə Oruc Məmmədov kimi insanlar lazımdı. Siyasətçilər gedib, baş işlətsinlər, bizim də əlimizdən gələn tətiyə basmaqdır".

 

Daha sonra Müsavat Partiyasının nümayəndəsi Rüfət Hacıbəyli, hakimiyyəti Oruc Məmmədov kimi bir insanı həbs etməkdə günahlandıraraq, onun azad olunmasını istəməyin yox, tələb etməyin tərəfdarı olduğunu bildirdi.
Veteranın dostu, İnsan Haqları 2003 İctimai Birliyinin sədri Şaban Nəsirov, Oruc Məmmədov haqqında danışandan sonra, onun hüquqlarının qorunması üçün əlindən gələni edəcəyini bildidi.
KXCP nümayəndəsi, Mirmahmud Mirəlioğlunun da Oruc Məmmədovun hüquqlarını müdafiə komitəsinə qoşulduğunu bildirdi və Oruc Məmmədovun azadlığa buraxılması üçün əllərindən gələni edəcəklərini vurğuladı.
Daha sonra söz alan veteranın döyüş yoldaşları, onun saxtakarlıq edəcək bir insan olmadığını dedilər. O. Məmmədovun azadlığa buraxılmasını tələb etdilər.

Sonra R. İzzətli belə Oruc Məmmədovun hüquqlarını müdafiə komitəsinə bütün gənclər təşkilatları və partiyaların qoşulmasının vacibliyini qeyt etdi və belə tədbirlərin davamlı şəkildə keçiriləcəyini vurğuladı.

 

Ümid gəncləri Qarabağ döyüşçüsünü müdafiə etdi


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti