İcra başçısı qadını həbs etdirdi

7-12-2012, 14:46
Oxunub: 5257
Ş.Səfərəliyeva icra başçısının ona təcavüz etdiyinə dair mətbuatda çıxış etmişdi


Etatist.com AzNews.az xəbər saytına istinadən xəbər verir: Bu gün Yasamal rayon məhkəməsində Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin rayon sakini Şəfəq Səfərəliyevaya qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib. 
Bu barədə məlumatı Ş.Səfərəliyevanın yaxınları verib. Hakim İlahə Abbasovanın sədriliyi ilə keçirilən məhkəmə iclasında Şəfəq Səfərəliyevanın 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarılıb. Ş.Səfərəliyeva məhkəmə zalından həbsxanaya aparılıb.
 Məlumat üçün bildirək ki, Ş.Səfərəliyeva icra başçısının ona təcavüz etdiyinə dair mətbuatda çıxış etmişdi. Bundan sonra icra başçısı Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirib. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, qərar onun əlehinə olub.
Şərhlər : 1 Şərh yaz
taqet 30 mart 2013 20:43  
Ola bilsin ki o bu dunyada qalib gelsin o yaziq gunahsiz qadini hebse atsin amma mehsher gunu Allahin qezebinden cehennemin ezabidan nece qurtulacaq onu bilmirem
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti