E.Məmmədyarov GUAM katibini qəbul edib

19-03-2013, 11:57
Oxunub: 704


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın 18-də GUAM-ın baş katibi Valeri Çeçelaşvilini qəbul edib. 
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və əməkdaşlığın daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, təşkilata üzv ölkələr arasında nəqliyyat, turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
 
V. Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı haqqında məlumat verib. GUAM-ın baş katibi Bakıda keçirilən terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini qeyd edib. Təşkilatın müasir dövrün çağırışları, kiber cinayətkarlıq kimi yeni qlobal təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb.
 
Görüşdə GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi də aparılıb.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti