Baş redaktorun məhkəməsi oldu

5-12-2012, 18:58
Oxunub: 1304


Bugün "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi keçirildi. Etatist.com-un məhkəmə prosesini izləyən əməkdaşlarının verdiyi məlumata görə, proses zamanı Əvəz Zeynallı dövlət ittihamçısnın suallarını cavablandırıb. Ə. Zeynallı, "Siz Aydın Heydərovdan pul tələb etmisinizmi?" sualına "Etməmişəm desəm çox mədəni sayılar" deyə cavab verib. "Havadan, əsassız ittihamlarla, "məndən pul istəyib" sözünə görə istintaq aparırsınız. Gülər Əhmədova o qədər rüşvət alıb, sərbəstdi. Mən isə mənasız, əsassız ittihamlara əsasən 100 manat, 200 manat rüşvət almaqla günahlandırıb, içəriyə atmısız".

14 aydır məhkəmənin, 7 aydır istintaqın davam etdiyini deyən Əvəz Zeynallı "indi məlumdur ki, istintaq gedişində heç bir şey aydınlaşdırılmayıb" deyə sözlərinə əlavə edib.

 

Birinci hissədən sonra dövlət ittihamçısı və Əvəz Zeynallı arasında gərginliklər yaşandı. Dövlət ittihamçısının fasilə istəməsi Ə. Zeynallını lap özündən çıxardı. 5 dəqiqəlik fasilədən sonra məhkəmə davam etdi.

Prokuror "Xural" qəzetinin neçəyə satıldığını, qiymətləri necə təyin etdikləri barədə və vergi ödənilməsilə bağlı suallar verdi. "Qəzetlərinizin satışını hansı qaydada təşkil edirsiniz?" sualına, "Qəzetlər çıxandan sonra qəzetləri firmalara vermişik, onlar isə öz satışlarını ediblər" cavabını verdi.

Növbəti məhkəmə 12 dekabr saat 14:00-da olacaq.
Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti