Rumıniya prezidenti Azərbaycana gəlib

14-03-2013, 11:43
Oxunub: 1048
Nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib


Bu gün Rumıniya Deputatlar Palatasının (parlament) spikeri Valeriu Zgoneanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
 
Bu gün rumıniyalı spikerin Mili Məclisin sədri Oqtay Əsədovla görüşü baş tutacaq. Daha sonra qonağın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü də nəzərdə tutulur. Səfər çərçivəsində V.Zgoneanın bir sıra tədbirlərə qatılması da gözlənilir. Qeyd edək ki, V. Zgoneanı səfərdə Rumıniya parlamentinin üzvləri müşayiət edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti