Vasif Talıbovun villası yandırılıb? - Yenilənib

11-03-2013, 13:57
Oxunub: 4505


Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Şahbuz rayonunda, Batabat yaylağında yerləşən villası ötən şənbə yandırılıb. Bu barədə məlumatı Azadlıq.info rayondakı mənbələrə istinadən yayıb. Məlumatda deyilir ki, villa Batabatdakı üzən adası ilə məşhur olan gölün kənarında inşa edilmişdi.

Rayonda belə söhbətlər dolaşır ki, villa qəsdən yandırılıb. Bildirldiyinə görə, villanın yandırıldığı ona görə inandırıcıdır ki, bu aylarda orada yaşayış olmayıb və elektrik cərəyanı kəsili olub. Villa yalnız yaşayış olanda elektriklə təmin edilirmiş.

Məlumatda o da bildirilir ki, yanğınsöndürənlər villanın köməyinə çata bilməyiblər. Çünki hazırda Batabata gedən yol qarla örtülüdür və maşınların hərəkəti mümkün deyil. Bu səbəbdən də villa tamam yanaraq külə dönüb.

Məlumatı araşdırırıq.

***

Musavat.com-un Naxçıvandakı mənbələrinin verdiyi məlumata görə, Vasif Talıbovun villasının yandırılması xəbəri doğrudur. Məlumatda deyilir ki, bu, Naxçıvan Ali Məclisi sədrinin əmlakını əlindən aldığı tanınmış iş adamının yaxınları tərəfindən törədildiyi güman edilir. Hazırda villada söküntü işləri aparılır. Əraziyə gedən bütün yollar bağlanıb. 


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti