Şəhriyar Məcidzadə

8-03-2013, 15:30
Oxunub: 1908
Tanrı Azərbaycanı Qorusun!


Bu yazını Rəsulzadənin ölüm günündə gördüyüm, Rəsulzadənin bir kitabını oxumadan onu "sevən"lərə həsr edirəm.


Həmişə şişirtmənin, tarixdə olan şəxsiyyətləri müzakirə etməyə haqsız qarşı çıxanlardan acığım gəlib. Mən Məmməd Əmin Rəsulzadəni də, Elçibəyi də, Heydər Əliyevi də müzakirə etmək və onların yanlışlarını amansız tənqid etməklə yanaşı, bu şəxslərin yalnışlarının yeni nəsil gənclik tərəfindən təkrarlanmamasını istəyirəm.

Ancaq cəmiyyətdə, xüsusəndə siyasətdə və ictimai həyatda olan adamlar bu müzakirələr başlayanda elə münasibət sərgiləyirlər ki, guya Rəsulzadəni bunlar yaradıblar.


Sadə bir sual: Rəsulzadə bütdür?
Dərhal, həyatda bir kitabın iki səhifəsini oxumayan, ümumiyyətlə Rəsulzadənin həyat və yaradıcılığından xəbəri olmayan adamlar, çevrilirlər Rəsulzadə ideallarının "cəngəvərinə". Bu sualı verəni də YAP-çı çıxarırlar.

Digər bir sual: Heydər Əliyev bütdür?
Bu cinahda dayananlar da çevrilirlər Heydər Əliyev ideallarının "cəngavərinə". Adamdan soruşsan ki, Heydər Əliyevin həyatı necə idi, hansı əməliyyatlar aparıb, nə işlər görüb, ağzını ayırıb göyə baxacaq.

Çünki, bu tip adamlarda nə savad var nə də səmimiyyət.


Rəsulzadənin bütün əsərlərini oxumuşam. Elçibəyin haqqında yazılan bütün kitabları, eyni zamanda öz kitabını, müsahibələrini oxumuşam, Heydər Əliyevin haqqında Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovdan min dəfə çox bilirəm. Yaxşı da edirəm. Çünki, bu adamların heç biri digərlərindən ayrıla bilməz. Bu şəxslərin hamısı, Azərbaycanın tarixidir.
Mən məsələyə yaltaq bir YAP-çı kimi baxacağamsa, nəyimə lazım idi təhsil, oxumaq, araşdırmaq.
Bu şəxsiyyətləri ayırıb qrupa, qrup daxili maraqlara böldüyünüz üçün, Azərbaycanın tarixi param parçadır. Sizin bu təfəkkürünüz, sizdən öncəki nəslin, ondan öncəki nəslin düşmənçilik toxumları, çəpər davaları qaldığı üçün 100 ildir Molla Nəsrəddin, aktualdır. Çünki sizin özünüz də saxtasınız.

Mənim hər üç şəxsiyyətə hörmət etməyim üçün bir səbəb var. Hər üç şəxsiyyəti tənqid etməyim üçün də min səbəb var. Çünki, mən yeni nəsiləm. Mənim dövrümün imkanları böyükdür. Onları tənqid edəcəm, edəcəm ki, daha böyük fikirlər, düşüncələr ortaya çıxsın.

Rəsulzadəni, Elçibəyi sevən müxalifət olmalıdır? – Hörmətli iqtidar yönümlü gənclər, yaşlılar, qocalar.
Yoxsa Heydər Əliyevi sevən hökmən iqtidar yönümlü olmalıdır? - Hörmətli müxalifət yönümlü gənclər, yaşlılar, qocalar?
İki sətirlik mücərrəd düşüncə ilə Azərbaycanın tarixinə, şəxsiyyətlərinə, dövlətçiliyinə sərgilədiyiniz münasibətlə nə demək istəyirsiniz 21-ci əsrdə?

Türkiyənin bir mənalı qarşılanmayan, hətta xəyanətkar adlandırdıqları prezident İsmət İnönü ilə Müstafa Kamal Paşa, Türkiyənin bütün prezidentləri kimi eyni məkanda dəfn ediliblər. Buna deyirlər, dövlət tərbiyəsi.
Bir də Liviya nümunəsində Qəddafi misalı var. Çubuqla arxasını dürtmələdikləri Qəddafi. Bu hərəkətləri ilə daha hörmətli oldu dünyada Liviya ərəbləri? 21-ci əsrdə dünyanın ən böyük KİV-ləri bu xəbəri verəndə, ərəblərə "mədəniləşib" dedilər? Müsəlmanlıq idi bu?

Mən etatist tezinin üstündə dayanmışam. Dövlət mədəniyyəti, dövlət tərbiyəsi bütün şəxsiyyətlərə hörmət və sayğı tələb edir. Dövlətin maraqları, fərdlərin qrupların marağının üstündə dayanmalıdır. Çünki, məhz bu dövlət həmin fərdlərə, qruplara azadlığın təminatçısıdır. Söhbət əlbətdə indi ki, dövlətdən getmir. Çox gözəl bilirəm ki, indi bu əsaslar yoxdur bizdə. Amma, olmalıdır.

Hökumətin dövlət tərbiyəsi yoxdusa, bizim də olmamalıdır deyə bir şey yoxdur. Əksinə bizdə var. Elə bunu da göstərməliyik.
Bu dövlətin quruculuğunda, müdafiəsində mənim əmimin də atamın da xidmətləri olub. Əmimi də atamı da həbs ediblər. Biri 9 biri 7 il həbsdə qalıb, ən ağır şəraitdə. Mən, yenə də bu ölkəni sevirəm, yenə də dövlətçilik tutumundayam. Onun üçün mənə lütfən millilikdən danışmayın, ədalətsizlikdən heç danışmayın.
Sizdən fərqli olaraq, mən Rəsulzadəni də, Elçibəyi də lap elə Heydər Əliyevi də evdə yox, 12-ci, 6-cı, 17-ci, "zon"ların qarşısında oxuyurdum. Tənqid də edirdim hörmət də edirdim.

Əcəb edirdim. Mənim üçün büt yoxdur. Kimsə tənqid edilməyəcək deyə bir anlam da yoxdur. İstədiyimi tənqid edəcəm, müzakirədə edəcəm. Amma bilib edəcəm. Bəziləri kimi eşidib yox.


Tanrı Azərbaycanı Qorusun!

Ən üstün dəyər budur.

Şərhlər : 2 Şərh yaz
Azər Faiqoğlu 9 mart 2013 20:43  
Şəhriyar bəy halal olsun!Köşə yazınızı bəyəndim! Ən azından cox səmımi və mənim ürəyimdən kecən məqalədir!Coxlarının dilə gətirə bilmədiyini yazmısınız!Sağ olun!Müxalifətimizdə iqtidarımızda bu etirafı edə bilməyənlərdir!Silin hamısını gəlin başa!
Elşən 9 mart 2013 21:12  
Şehriyar Məcidli. sizin bu köşə yazinizi oxudum. və doqrudanda bu yazi meni fikirləşməyə vadar etdi.Siz bu yazi ilə illərlə milli məclisdə oturanlarin illərlə muxalifət iqtidar durumunda olanlarin və ziyalilarimizin deye bilmediyi siz dediz. aferin size o ki qaldi əmin və atana - əmində atanda bu olkənin formalaşmasinda öz sozlerini kişikimi deyiblər.buna tam arxeyin ola bilersen
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti