newstitle

Ramin Nağıyev Elşad Abdullayeva cavab verdi

Oxunub : 926 Tarix : 1-03-2013, 16:51

Fransada mühacirətdə olan MTN-nin keçmiş zabiti Ramin Nağıyev fevralın 28-də bəyanat yayıb. Bəyanatda deyilir:

"Hörmətli "Yeni Müsavat”, "Bizim yol” qəzeti, Avrasiya İnformasiya Agentliyi (avrasiya.net), Moderator.az saytı.

2013-cü il fevralın 25-i Avrasiya.net-də "Elşad Abdullayevin "KQB” polkovnikinin qızına yazdığı mesajlar» yazısı sizin səhifələrinizdə müxtəlif başlıqlarla dərc olunduqdan sonra bloqqer Elnur Məcidlinin Facebook sosial şəbəkəsindəki səhifəsində heç bir sübut və dəlillər olmadan bu mesajların Abdullayevə yox, Ramin Nağıyevə aid olduğunu bildirməsi haqqında statuslarını dərc etmisiz. O, açıqlamalarında bildirib: "Çox güman ki, bu, Ramin Nağıyevin oyunlarıdır. O, Elşad müəllimin adından nəsə yazıb. Yazsaydı, deyərdik ki, yazıb. Mən sizə bir şey də deyim ki, Ramin Nağıyev bizə Elmir Nəcəfzadə adı ilə yazıb. Raminin psixologiyası pozulub. Ona görə də belə işlər görür. Bütün bunlar keçmiş MTN-çi Ramin Nağıyevin oyunlarıdı, özünü hörmətdən salmaqla məşğuldu. Şəxsən mən Ramin müəllimə bunu yaraşdırmıram. Ramin Nağıyev artıq aylardı mənə və Elşad müəllimə Emil Nəcəfzadə adıyla yazaraq bizdən informasiya qoparmağa çalışıb və biz onu iqnor etmişik, buna nail olmayıb. Mən Emil Nəcəfzadənin mənə yazdıqlarını ictimai olaraq yayınlayacam, yazı stilinin Ramin Nağıyevə aid olduğunu görəcəksiniz. Çox güman ki, Ramin Nağıyev Elşad Abdullayevin adından facebookda saxta profil açaraq Səyyarə xanımla yazışmağa cəhd edib və uğursuz alınıb. Biz Emil Nəcəfzadə adlı profilin Ramin Nağıyev tərəfindən idarə edildiyini dəqiqləşdirdiyimiz üçün onun yazdıqlarını ciddiyə almırdıq.”.

Elnur Məcidli eyni zamanda mənə qarşı "Ramin Nağıyevin Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə əlaqəsi olduğuna dair şübhələrimiz var" ittihamını səsləndirib.

Bildirirəm ki, Elnur Məcidlinin yuxarıda söylədiklərinin hamısı yalan və böhtandır. O, bu fikirlərlə birbaşa mənim şərəf və ləyaqətimi alçaldıb.

Bununla bağlı tələb edirəm ki:

1. Yuxarıda adıçəkilən media mənim təkzibimi çap etsinlər. Bundan başqa heç bir dəlil və sübut olmadan Elnur Məcidlinin yalan və böhtan dolu fikirlərini hansı səbəbdən dərc etməyinizin məqsədini öyrənmək istərdim. Kimin sifarişini yerinə yetirirsiz?

2.Avrasiya İnformasiya Agentliyi "Elşad Abdullayevin "KQB” polkovnikinin qızına yazdığı mesajlar» adlı yazının təşəbbüskarının kim olduğunu ictimaiyyətə açıqlamalıdır.

3. Elnur Məcidli ictimaiyyətə mənə qarşı irəli sürdüyü ittihamları sübut edəcək açıqlamalar verməlidir. Əgər o, bunu edə bilməsə, mən Elnur Məcidlini yalançı, fitnəkar, qorxaq adlandırmaq, onu kişi saymamaq hüququnu özümdə saxlayıram.

4. Mənə Səyyarə Heydərova, Emil Nəcəfzadə və başqaları ilə bağlı tarixçənin arxasında kimin və nəyin dayandığı məlumdur. Məndə olan məlumatları tamamilə yaymaq hüququnu özümdə saxlayıram. Qabaqcadan bildirirəm ki, bu haqda məlumat yayan çap orqanları və jurnalistlər məsuliyyət daşıyacaqlar”.

Yada salaq ki, R.Nağıyev bir neçə gün öncə xəbər portallarında ABU-nun sabiq rektoru, hazırda mühacirətdə olan Elşad Abdullayevin "Facebook” da DTK-nın mərhum polkovniki Rövşən Heydərovun qızı Səyyarə Heydərova ilə yazışmaları dərc edilmişdi. Yayılan xəbərlərdə bildirilirdi ki, Elşad Abdullayev Səyyarə Heydərovadan ona vaxt ayırmasını xahiş edərək yazıb: "Səyyarə xanım, mənim vəkilim sizinlə əlaqə qura bilərmi? Bəzi məsələləri sizinlə razılaşdırmalıyam ki, gələcəkdə necə hərəkət edəcəyimi biləm. Siz gördünüz də onlar mənimlə necə davrandılar. Universiteti bağladılar, milyon manatlarla pulumu aldadıb aldılar, qardaşımı öldürdülər. Biz Eynulla (Eynulla Fətullayevi nəzərdə tutur – red.) ilə məsləhətləşmişik, amma sizinlə də danışmaq istəyirəm. Bizim danışığımızı heç kim bilməyəcək”. Bundan sonra Elşad Abdullayev S.Heydərovanı "Skype”-la danışığa dəvət edir.

Elşad Abdullayevin sözçüsü blogger Elnur Məcidli isə "Yeni Müsavat”a açıqlamasında deyib ki, bu məktubları E.Abdullayev yazmayıb: "Çox güman ki, bu, Ramin Nağıyevin oyunlarıdır”. E.Məcidli "Yeni Müsavat”a açıqlamasında təklif edib ki, bu məktubla bağlı araşdırma aparılsın. Yəni onun hansı İP kodundan göndərilməsi, saatı və sair detallar dəqiqləşdirilsin: "Əgər həqiqətən məktub yazılıbsa, məhkəməyə versinlər. İP kodundan tapıla bilər ki, kim yazıb, necə yazıb”.

Ramin Nağıyev bəyanatı ilə yanaşı "Yeni Müsavat”a bu haqda daha bir neçə kəlmə söyləyib. Keçmiş MTN zabiti deyib ki, Səyyarə Heydərovanı ümumiyyətlə tanımır: "Yazışmalar haqqında isə mətbuatdan xəbər tutmuşam. Ancaq mən onun telefonuna iki dəfə SMS yazaraq Moskvada Gülər Əhmədova ilə bağlı videoların ekspertizasında ona yardım edən şəxsin adını açıqlamasını istəmişəm. Ancaq o, mənə heç bir cavab yazmayıb. Onun bu işi ondan Gülər Əhmədovanın qardaşının xahiş etməsi haqqında dedikləri isə yalandır”.

Ramin Nağıyevin sözlərinə görə, baş verənlər Elşad Abdullayevin ona qarşı qərəzli mövqeyinin nəticəsidir: "Mən heç kimlə savaş başlatmamışam. Mənim Azərbaycan mətbuatında dərc olunan iki yazım Elşad Abdullayevin xeyrinə olub. İndi isə onun sözçüsü kimi təqdim olunan Elnur Məcidli mənə çirkab atır. Bu, birinci dəfə deyil. Mən nə qədər susmalıyam? Onların dediyindən belə çıxır ki, Elşad Abdullayevə qarşı səslənən bütün fikirlərin arxasında mən dayanıram. Bu yalan və böhtandır. Elnur Məcidli bildirir ki, guya Elşad Abdullayevlə mənim aramda narazılıq pul üstündə yaranıb. Ancaq heç kim unutmasın ki, bu məsələ ilə bağlı birinci mən danışmışam. Mən onun işlərini aparmağı üzərimə götürməyə razılaşanda Elşad Abdullayev mənə 15 min Avro verəcəyini boyun oldu. Mən bütün işlərimi kənara qoyub 4 ay onun problemləri ilə məşğul olmuşam. Fransada çoxsaylı insanlarla görüşlər keçirmişəm, Bakıya, Moskvaya çoxsaylı zənglər etmişəm və bütün bunların xərcini özüm çəkmişəm. Nəticəsi də o oldu ki, Elşad Abdullayev mənə razılaşdığımız 15 mini vermədi”.

R.Nağıyev deyir ki, Elşad Abdullayevin başlatdığı məsələ hələ xeyli davam edəcək və bu məsələdə Azərbaycan məmurları ifşa olunduğu kimi, keçmiş rektorla şəxsi münasibətlər quraraq onun ətrafında özünə "gün ağlamaq” istəyənlərin də siması üzə çıxacaq.
Şərhlər : 0 Şərh yaz

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)

Adınız:*
Şərh:    
Şəkildəki şifrəni yazın: *
*ilə işarələnmiş sahələrin doldurulması vacibdir

Zaman

Facebook

Ebola ABŞ-a da çatdı
İlkin məlumata görə, xəstə kritik vəziyyətdədir....
Bu gün, 14:57

ABŞ: "Hər kəs İŞİD-i bombalamalıdır..."- Video
O, bildirib ki, koalisiyaya qoşulmaq o demək deyil ki, hər...
Bu gün, 14:38

Həbsdən çıxan polis rəisi dəhşətli faktlar açıqladı
Polis saxta bildirişlərə adətkar olduğu üçün dərhal zəng...
Bu gün, 14:16

Prezident İlham Əliyev İSESCO-nun baş direktorunu qəbul edib
Görüşdə Azərbaycan ilə İSESCO arasında uzun illər davam...
Bu gün, 14:12

"Şahdəniz mərhələ 2" layihəsi üzrə 200 milyon dollarlıq müqavilə
Sualtı axın xətlərinin örtüklənməsi və ilkin sualtı ixrac...
Bu gün, 13:57

Naxçıvanda silah-sursat tapılıb
İ.Paşayev tapdığı silah-sursatı könüllü olaraq Şəhər Polis...
Bu gün, 13:47

Azərbaycanın dövlət sərhədini hansı ölkənin vətəndaşları pozur?
"Biləsuvar” SNM-də 4 halda 395 qram tiryəkin , "Astara”...
Bu gün, 13:32

Türkiyə səfirliyindən bayram təbriki
Bu haqda informasiyanı səfirliyin mətbuat xidməti yayıb....
Bu gün, 13:27

Əmək pensiyaçılarının 343 245 nəfəri ahıl vətəndaşlardır
6 318 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır....
Bu gün, 13:09

Zakir Qaralov "Nida"-çılardan danışdı
""NİDA”çıların əfvi prezidentin səlahiyyətində olan...
Bu gün, 13:03

10 rayonda qaz olmayacaq
Qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin...
Bu gün, 12:55

Bakıda çadırlar qurulacaq
Y.Xanvəlinin sözlərinə görə, ilk olaraq yarmarkalara...
Bu gün, 12:44