Prezidenti dinləməyən icra başçıları - Sənəd

27-02-2013, 11:17
Oxunub: 6226


"Sahibkarlara yerli icra orqanlarının ciddi dəstəyi olmalıdır. Yerli icra başçıları, vəzifəli şəxslər sahibkarlara yalnız dəstək verməlidirlər, onları incitməməli, işlərinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar var”.

  

Bu sözləri Ilham Əliyev son müşavirəsində demişdi. Ölkə başçısı daha sonra icra başçılarına barmaq silkələyərək bildirmişdi: "Bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaq. Onlardan qanunsuz iş tələb edən şəxslər öz cəzasını alacaq. Onlara yalnız kömək etmək lazımdır ki, öz işlərini səmərəli şəkildə qura bilsinlər...

  

Onlara abadlıq işləri gördürüb, sonra pullarını vermirlər. Hər bir rayonun öz büdcəsi var, həm də mütəmadi qaydada Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır. Həmin vəsaitlərlə iş görmək lazımdır. Sahibkarlar bu işlərə könüllü dəstək verə bilərlər, amma bəzi hallarda onları məcbur edirlər, böyük xərclər çəkirlər, sonra pullarını vermirlər, belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edirlər. Mənə bütün məlumatlar çatır".

  

Ilham Əliyevin son müşavirəsinin üstündən çox az vaxt keçib. Amma icra başçıları yenə də sahibkarlarla əvvəlki qaydada davranırlar. "Azadlıq”a bunu sübut edən rəsmi sənəd daxil olub. Bu Səbayel rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin imzası ilə sahibkarlardan birinə göndərilən rəsmi müraciətdir. Müəyyən səbəblərə görə sahibkarın adını çəkmirik. Amma sənədin mətnini olduğu kimi oxucuların diqqətinə çatdırırıq: "Qarşıdan gələn Novruz bayrası münasibətilə rayonda yaşayan üç min beş yüzə yaxın şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə, yataqxanalarda məskunlaşmış məcburi köçkünlərə, Çernobıl əlillərinə, tənha insanlara, yataq xəstələrinə və bu qəbildən olan aztəminatlı ailələrin hər birinə 5 (beş) kq un, 3 (üç) kq şəkər tozu, 1 (bir) litr bitki yağı, 1 (bir) kq kərə yağı, 0.5 kq çay olmaqla ərzaq bağlamalarının verilməsi nəzərdə tutulmuşdur.

  

Keçiriləcək xeyirxah tədbirdə Sizin təşkilat tərəfindən 20 ailəyə bayram sovqatının verilməsi xahiş olunur.
Göstərdiyiniz dəstəyə görə əvvəlcədən minətdarlığımızı bildiririk.

  

Hörmətlə, RIH başçısının müavini Yavər Allahverdiyev".

  

Eyni məzmunlu müraciət rayonda fəaliyyət göstərən bütün sahibkaralara ünvanlanıb. Əldə etdiyimiz başqa məlumatlara görə, oxşar proses digər rayonlarda da baş verir.
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. 

Prezidenti dinləməyən icra başçıları - Sənəd

 

Şərhlər : 1 Şərh yaz
Zaur 27 fevral 2013 14:44  
ruwvetxor nomre 1,ilham eliyev.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti