İsrail İranı Azərbaycandan vura bilərmi?

3-12-2012, 14:24
Oxunub: 2879
Zərdüşt Əlizadə: "Azərbaycan dost İrana qarşı hərbi təcavüzdə iştirak etməməlidir"


"The Sunday Times” qəzetinin Təl-Əvivdəki müxbirinin yaydığı məlumata görə İsrail ordusundakı qaynaqlar Azərbaycandakı hərbi bazada yerləşdirilmiş nəhəng "Eitan” pilotsuz təyyarəsinin İran ballistik raketini start meydançasında vuracağını açıqlayıb.
Məsələylə bağlı Etatist.com-a açıqlama verən politoloq Zərdüşt Əlizadə İsrailin İranı Azərbaycan üzərindən vurmasını, İsrailin sol əli ilə sağ qulağını arxadan qaşımağına bənzədib: "İsrailin İranı Azərbaycan üzərindən vurması üçün, münasibətləri cənginə almış Türkiyə üzərindən keçib, Gürcüstan vəya Ermənistannın hava sərhəddini pozandan sonra Azərbaycana keçib, ordan da İrana hücum edə bilər". Bunun İsrail üçün əlverişli olmadığını deyən Z. Əlizadə "İsrail İranı vurmalı olsa, İordaniya, Səudiyyə Ərəbistanı vəya İraqın üzərindən keçib vuracaq" deyə bildirib. Zərdüşt Əlizadə, Azərbaycanın dost İrana qarşı hərbi təcavüzdə iştirak etməyəcəyini bildirib. "Bəzi adamlar İsrail qırıcılarının üç ölkənin hava sərhədini pozub, İranı vurandan sonra gəlib Azərbaycan bazalarında enəcəklər deyirlər. Əgər belə olsa, İran Azərbaycana ağır zərbələr endirəcək".
Hikmət Hacızadə isə bunun təsdiqlənməmiş bir fakt olduğunu bildirib: "Mən inanmıram ki, Azərbaycan İsrailə belə bir imkan versin. Əgər belə bir şey olsa, bu Azərbaycan üçün faciəvi ola bilər. Azərbaycan buna imkan verməməlidir."

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti