Gəncənin yeni polis rəisi təqdim olunub

9-02-2013, 14:38
Oxunub: 6460


Daxili işlər naziri Ramil Usubov bu gün Gəncə şəhərində olub.

Etatist.com Moderator.az-a istinadən xəbər verir ki, DİN rəhbəri Gəncə Şəhər Baş Polis İdarəsinə yeni təyin olunan rəis Faiq Şabanovu şəxsi heyətə təqdim edib. Nazir yeni vəzifəyə təyin etdiyi Faiq Şabanovu təcrübəli kadr kimi dəyərləndirib və onun bu etimadı doğruldacağınna inamını ifadə edib.

Ramil Usubov daha sonra Gəncə polisində çalışan əməkdaşların problemləri ilə maraqlanıb.

Təqdimada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev də iştirak edib.

Qeyd edək ki, Rasim Musayevdən fərqli olaraq R. Usubov Faiq Şabanova general rütbəsi vermədi. Halbuki, Gəncə Şəhər Baş Polis İdarəsi baş idarə statusundadır. Yeni rəis isə polkovnikdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti