Qəbələ RLS-ə rəqib stansiya

1-12-2012, 17:15
Oxunub: 1366
Azərbaycan Qəbələ RLS-nin icarə ödəniş haqqını 7 milyondan 300 milyona qədər artırmaq istəyib


Bəzi rəsmilərin dediyinə görə gələn il istifadəyə veriləcək "Voronej” radarı texniki parametrlərinə görə Qəbələ stansiyasını əvəz etməyə qadirdir.

Rusiya hərbi nazirliyinin nümayəndəsi 2013-cü ildə bir neçə yeni nəsil stansiyanın tikiləcəyini bildirib.

"2013-cü ilin ilk rübündə Krasnodar vilayətində zavod hazırlığı texnologiyası üzərində qurulan yeni nəsil Voronej stansiyası hərbi növbətçiliyə başlaycaq”, polkovnik Aleksey Zolotuxin deyib.

Etatist.com-un BBC Azərbaycana istinadən verdiyi xəbərdə bildirilr ki, bundan əvvəl daha bir stansiya Rusiyanın şimalındakı Kalininqrad vilayətində yerləşdirilib.

RLS-in əhəmiyyəti

Voronej stansiyasının əhəmiyyətini vurğulayan bəzi Rusiya rəsmilər deyirlər ki, bu radar Qəbələdəki RLS-in funksiyalarını öz üzərinə götürə bilər .

Bu həftənin əvvəlində müvafiq bəyanatla Rusiya Raket Qoşunları qərargahının keçmiş rəisi çıxış edib.

General Viktor Yesinin sözlərinə görə Krasnodar vilayətində yeni radarın tikilməsilə Rusiya "köhnəlmiş" Qəbələ stansiyasından asanlıqla imtina edə bilər.

İcarə haqqı

Azərbaycanlı ekspertlərə görə Rusiya Qəbələdəki radarın icarəsi ilə bağlı dalana girən danışıqlar vaxtı bu kimi bəyanatlarla icarə qiymətini azaltmağa çalışır.

Xəbərlərə əsasən Azərbaycan Qəbələ RLS-nin icarə ödəniş haqqını 7 milyondan 300 milyona qədər artırmaq istəyib.

Hərçənd ki, bu məlumat rəsmi mənbələrdən təsdiq olunmayıb.

Qəbələ radarının icarə müddəti dekabrın 24-də başa çatır.


 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti