ATƏT Minsk qrupunun həmsədrləri ilə görüşüb

6-02-2013, 12:19
Oxunub: 1629


ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa), və Yan Kelli (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşiklə görüşüb.

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərin irəliləyişləri müzakirə edilib.

Görüşdə Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə keçən həftə Parisdə baş tutan görüşünün nəticələri müzakirə olunub.

Həmsədrlər qeyd ediblər ki, həmin görüşdə ilin sonunda tərəflərə təqdm olunmuş sülh prosesinin irəliləyişi və etibarın möhkəmləndirilməsi üzrə təklifləri müzakirə ediblər.

ATƏT sədri Minsk qrupunun həmsədrlərinin atəşkəs rejiminin möhkəmlədirilməsi və sülh danışıqlarında münaqişə tərəflərinə köməklik səylərini dəstəklədiyi bildirib: "Bu, Ukraynanın ATƏT-ə sədrliyi dövründəki prioritetlərindən biridir. Prosesin irəliləməsi üçün tərəflərlə daha sıx işləmək lazımdır. Mən regionda sülhün bərqərar olması üçün tərəfləri qətiyyət və siyasi iradə nümayiş etdirməyə çağırıram”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti