Elmar Məmmədyarov Misirə getdi

5-02-2013, 12:15
Oxunub: 1334


Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Misirə səfər edəcək. XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak edəcək.

Səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti