Azərbaycanın Vaşinqtondakı səfirliyi SOCAR-in binasına köçəcək

1-12-2012, 10:55
Oxunub: 1182
"Biz hazırda səfirliyimizin bir daxmada yerləşməsini yanlış hesab edirik"


Azərbaycanın Vaşinqtondakı səfirliyi tezliklə Dövlət Neft Şirkətinin Vaşinqtonun mərkəzində 12 mln-a aldığı binaya köçəcək.


Bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev BBC-yə müsahibəsində bildirib.

R. Abdullayev, eyni zamanda səfirliyin və neft şirkətinin necə fəaliyyət göstərəcəyi barədə açıqlama verməyib.

"Ölkə prezidenti bu qərarı təqdir edib və tezliklə səfirlik yeni binaya köçəcək. Biz hazırda səfirliyimizin bir daxmada yerləşməsini yanlış hesab edirik”, deyə Abdullayev bildirib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti