Kamran Həsənli

2-02-2013, 15:29
Oxunub: 4689


Hadı Rəcəbli millət vəkilidir. Lənkarandan seçilib. Biz onu ən qeyri adi təkliflərindən tanıyırıq. Onun başçılıq etdiyi sosial siyasət komitəsinin adını isə ölkənin milli-mənəvi dəyərlərinə qarşı yönələn təkliflərdə eşidərik... eşitsək.

Onun fəaliyyət və təkliflərindən bir qismini nəzərinizə çatdırım:
1) Mediada "Bioetika haqqında qanun layihəsi" barədə danışarkən çox uşaqlı, az təminatlı ailələrin kişilərini axtalamağı təklf edir.
Bununla da Azərbaycanın demoqrafiyasına, gəncliyinə zərbə vurmaq niyyətini ortaya qoyur. Kimdi az təminatlı ailələr? Gənclərdən başqa az təminatlı olan var?
2) Onun sədri olduğu komisiya da bir ara təklif verirdi ki, məktəblərdə seksual tərbiyə keçirilsin. "BBC Azərbaycanca"ya açıqlama verəndə isə Hadı Rəcəbli, "Yeni qanunda reproduktiv sağlamlığın qorunmasının dövlət tərəfindən tənzimlənməsi, selektiv abortların qadağası, qoruyucu vasitələrin pulsuz paylanması və digərin nəzərdə tutulur” demişdi.
Yəni, məktəblərdə prezervrativ də paylayacaqlar, bu qanun qəbul olunsa. Nədir bu? Sonra milli dəyər, dövlətçilik, "adam heç ermənidən üzr istəyər?" deyir açıqlamalarında Rəcəbli.

Ölkəmiz böyük problemlə üz-üzədir. Biz, Milli Fikir Mərkəzi olaraq da bu qanunun qəbul olunmasına etiraz edən ölkədə yeganə təşkilat olduq. Açıqlama verdik, araşdırma təklif etdik, bu qanunun qəbul ediləcəyi təqdirdə nələr yaşanacağının proqnozlarını verdik. Mətbuat konfransı keçirdik, hətta buna aid məktəblərdə keçirilməsi istənilən cinsi tərbiyənin video çarxını da hazırladıq. Ancaq, 66 yaşlı millət vəkili bu təkliflərindən başqa yeni bir addım da atdı. Azərbaycanın gənclərini təhqir etdi. Həmdə, çox nalayiq, tərbiyəsiz bir söyüşlə. Bu söyüşə cavab olaraq, gənclər, H.Rəcəbliyə üzr istəmək üçün üç gün vaxt verdiklərini, müddətin tamamında üzr istəməsə, onun telefon nömrələrini yayıb bir sözlük ("Özünsən”) SMS kompaniyasına başlayacaqlarını açıqladılar.

Hadı Rəcəbli isə deyir ki, bu sözü ermənilərə deyib. Ünvanından asılı olmayaraq, millət vəkili efirdə çox böyük "efir mədəniyyəti” nümayiş etdirib. Burdan görünür ki, bu adamın başçılığı ilə fəaliyyət göstərən Milli Məclisin sosial-siyasət komissiyasının fəaliyyəti niyə məhz cinsi münasibətlər üzərində qurulur.


Hamılıqla, bir suala cavab verək bu adam haqqında nə düşünürsünüz? Bax bu adamdır məktəblərdə cinsi tərbiyə keçib, az təminatlı ailələri axtalamağı təklif edən adam. Bu adamdır "pulsuz qoruyucu (prezervrativ) paylayaq" deyən. Bu adam efirdən, söyüş söyür.

Bəs siz dövlət adamı idiniz?!

Dövləti də rəzil etdiniz, bu hərəkətlərinizlə.

Şərhlər : 5 Şərh yaz
Samir 2 fevral 2013 17:12  
ay Allah senin evini yıxsın e. get öz ....... axtarsınlarsa.onsuzda oğlanların axtalanıblar.Kül bu "Milli Meclis"in başına ki onun deputatları bu kimi insanlardı.siyahıya baxda, oktay Əsədov, Siavuş Novruz,ne bilim bu kumi .... vetenimizi bu güne qoyanlar
Əli 6 fevral 2013 11:43  
Bu adam Şəkidə 1-ci katib olub və kalan rüşvət yığıb Mən ev alanda ona 5000rubl rüşvət vermişəm Milli azadlıq hərəkatı başlayanda indiki Azərbaycan bayrağını cəbhəçilərdən alıb tullatdırirdı Rus kursantların köməyi ilə
elcin 6 fevral 2013 11:50  
hadinin nomresin bilen varsa yazsin
forlorn 10 fevral 2013 10:34  
Bənd olmayın, yəqin sərxoş olub... Nolar ki, Milli Məclis üzvü olanda, bəzən elə olur ki, insan qazandığı təcrübəni tox, öz ağlındakını istifadə edir. Amma qabaqda duran gərək samballı, yəni geniş təfəkkürə malik insan, adam yox, insan olsun ki, geridəkilər ondan nümunə götürsün.Çox maraqlıdır ki, azərbaycanda son dövrlər baş alıb gedən etinasızlıq onu göstərir ki, balans çoxdan pozulub və Milli Məclisin ətrafını duman alıb. Ona görə də onlar nəinki ayaqlarının altını, heç yan yörələrini də görə bilmirlər. Neyləsinlər axı? ora çox yüksəkdir. Ora çıxan hər kəs "YÜKSƏKLİK" xəstəliyi tapır. Ora elə bir yerdir ki, ora çıxanda adamın başı dumanlanır və ətrafda nə baş verdiyi ağıla belə gəlmir, inciməyin...
Nargiz 28 noyabr 2013 22:46  
MƏN HACI RƏCƏBLİDƏN BAŞQA YAXŞI ŞEY GÖZLƏMİRƏM. BİR ADAM Kİ, HIQQANA-HIQQANA NƏVƏLƏRİYLƏ RUSCA DANIŞIR,ONUN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ HÖRMƏT EDƏCƏYİNİMİ GÖZLƏYƏCƏYİK.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti