Rasim Musayevin yerinə kim təyin olunacaq?

29-01-2013, 01:00
Oxunub: 3805


İcra başçısı Elmar Vəliyevlə aralarında yaranmış düşmənçiliyə görə, şəhəri tərk edib, istefa verən Gəncə Polis İdarəsinin rəisi Rasim Musayevin yerinə kimin təyin olunacağı artıq bəllidir.

Bu posta Xəzər Rayonu Polis İdarəsinin rəisi Faiq Şabanovun təyin ediləcəyi gözlənilir. Məlumata görə, onun "Şəxsi iş”i (sənədləri) Prezident Aparatına göndərilib və "hə” cavabı alınıb. 

Sənədlər Daxili İşlər Nazirliyinə qayıtdıqdan sonra Ramil Usubovun əmr imzalayacağı gözlənilir.

Qeyd edək ki, Faiq Şabanov ötən ilin noyabr ayında Xəzər rayonuna rəis təyin edilmişdi. Ondan əvvəl isə Zaqatala rayonunda polis rəisi vəzifəsində çalışıb. Bu rayonda işləyərkən vəhhabilərə qarşı sərt addımları ilə yadda qalıb.

 

Aznews 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti