Ermənistan və Azərbaycan nazirləri görüşəcəklər

28-01-2013, 12:31
Oxunub: 1367


Bu gün Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü gözlənilir.

APA-nın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün artıq Parisə yola düşüb. Səfər çərçivəsində XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyaları müzakirə edəcəklər. Bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü də planlaşdırılır.

Qeyd edək ki, Parisdə iki ölkənin XİN başçılarının görüşüb-görüşəcəyi məlum deyil. Edvard Nalbandyan ötən həftə bəyan edib ki, zərurət yaranarsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilə bilər. Həmsədrlər nazirlərin görüşlərini planlaşdırsalar da, görüşün formatını nazilər özləri müəyyənləşdirməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti