ABŞ səfirliyi aksiya ilə bağlı xəbərdarlıq etdi

25-01-2013, 20:34
Oxunub: 2163


Etatist.com xəbər verir ki, ABŞ-ın Azərbaycanda ki, səfirliyi ABŞ vətəndaşlarını İsmayıllı, Göyçay və Qəbələ rayonlarına səfər etməməyə, həmçinin yanvar ayının 26-da Səbail rayonu Fəvvərələr meydanını tərəfə getməməyə çağırıb.

  

Səfirliyin müraciətində deyilir:” ABŞ vətəndaşlarına qəti şəkildə tövsiyə edirik ki, Bakıdan 175 km məsafədə yerləşən İsmayıllı rayonuna istirahə günləri səyahət edəcəkləri halda ehtiyatlı olsunlar. Həmçinin yanvar ayının 26-da Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən fəvvarələr meydanında ehtiyatlı olsunlar. Ehtimal edilir ki, dinc aksiya planlaşdırılsada gərginləşib zorakılığa çevrilə bilər. Etiraz aksiyası olacağı ərazilərdən uzaq durmaq və kütlənin toplandığı yerlərdə ehtiyatlı olmaq tövsiyyə edilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti