İsmayıllının millət vəkili icra başçısı ilə fəaliyyət göstərir

25-01-2013, 15:30
Oxunub: 4564


İsmayıllıda baş verən olaylarla bağlı modern.az-a açıqlama verən İsmayıllının millət vəkili Novruz Aslan İsmayıllı rayonu icra hakimiyyətinin başçısı ilə birlikdə fəaliyyət göstərdiyini bildirib:
"Rayona dünən gəlmişəm. Bildiyiniz kimi, hər cümə axşamı seçicilərimlə görüş keçirirəm. 15-20 nəfər qəbul edib, onların problemlərini müzakirə etmişik. İcra başçısı ilə də birlikdəyik, bir yerdə fəaliyyət göstəririk. Dünən elə onunla birlikdə yas mərasimində iştirak etmişik”.
İsmayıllı rayonunun icra hakimiyyətinin başçısı Nizami Ələkbərovla həmrəyliyini də vurğulayıb.

"Rayonda olan vəziyyəti, bunun hansı səbəblərdən yarandığını, hansı işlər görmək lazımdır və s. kimi məsələləri müzakirə etmişik. Çünki, əgər belə vəziyyət yaranıbsa, bu, artıq bizim problemdir, bizim məsələdir, bunun həlli yolunu da biz müzakirə edirik”.

 

Novruz Aslan vəziyyətdən çıxış yolunu əhali ilə daha sıx, daha yaxşı işləmək, ünsiyyətdə olmaq, onların problemləri ilə daha da yaxından məşğul olmaq, diqqətdə saxlamaq kimi istiqamətlərdə addımlar atmaqda görür.


O eyni zamanda etirazlar zamanı bir uşağın ölməsi barədə yayılan xəbərləri də təkzib edib. "Münaqişədə nazirin oğlu, icra başçısının bacısı oğlu, sonra oğlu olması barədə deyilənlər yalan olduğu kimi, bu iddia da yalandır. Mən burdayam, heç kimin nə yası, nə də dəfni var. Mənə elə gəlir ki, sosial şəbəkələrdə bu cür düzgün olmayan informasiyalardan istifadə etmək yanlışlığa gətirib çıxardır”.

 

Zəruri qeyd: Bilindiyi kimi, hakimiyyətin üç qolu var: Qanunverici, icra edici, məhkəmə sistemi. Novruz Aslan, qanunverici orqanın - Milli Məclisin üzvüdür və İsmayıllı əhalisi tərəfindən seçilib. İsmayıllı rayonu icra başçısı Nizami Ələkbərov isə icra edici qolu təmsil edir, prezident tərəfindən təyin edilir. Qanunverici orqanın üzvü rayonda araşdırmaları müstəqil aparmaq yerinə nə üçün rayon icra hakimiyyətinin başçısı ilə həmrəyliyini nümayiş etdirir?

İnsanların problemləri mövcud olduğu üçün olaylar da mövcuddur. İcra başçısı dinləmir, millət vəkilinin də dinləməyib, rayon icra hakimiyyəti ilə həmrəyliyini nümayiş etdirməsi sadəcə müəmmalıdır.
Şərhlər : 2 Şərh yaz
İlkin 25 yanvar 2013 16:36  
Ismayillidaki herekatin xarakterinde qiyam yoxdu,bu xalq herekatidir.
Bawlanma sebebleri: yerli hakimiyyetin ozbawinaligina yonelib. Icra hakimleri ozlerini yerli agalar sayirlar. Torpaqlari ve dovletin ayirdigi vesaitleri menimseyirler.
Yerli memurlar gelen icra hakimlerini peygemberlewdirib onlarin vasitesi ile ehalini talayirlar.
Ehalinin yawayiw veziyyeti olduqca awagidir
herekatin gediwati ve onun analizi.
Tekliflerimiz.
1. Icra hakimi istefa versin.
2. yeni iw yerlerinin acilmasi.
3. Memur ozbawinaligina son.
4. Ehalinin menzil ve torpaqlarla teminati.
5. 65 yaw duzgun qoyulmayib.
6. En esasi tutulan uwaqlarin azadliga buraxilmasdi.
7. Azerbaycan deasporalarina dovletden komek etmeleri xahiw olunur.
Miri 16 fevral 2013 09:36  
Aypara xətti ilə 3 milyon şagirddən hər al 50 qəpik yığsa ,Novruz Aslan ayda 1,5 milyon ,yəni ən çox talamış olur.Ona görəd İsmayıllıdakı Nizaminin verdiyi havayı torpağını,mülkünü qorumaq üçün danışır.Əslində bu adam ancaq manıslığa yarayır,ali təhsili də yoxdur(Politexnikin radio fakültəsini prof -soyuz -da işkləyərək bitirib)Bu axı nə bilir qanun nədir,hakimiyyət nə deməkdir və s.İlhamə kimi özündənrazı puç adamlarla puluna görə bunlarla da yaxın olub.İsmayıllıdan məktəblərdən 50 qəpikdən topladıqlarına villa_bağ və s. alıb.Ümumiyyətlə bu adam səhvən yeni icra başçısının yerinə o zaman Ramiz (PA)in hesabına deputat "Seçdirildi" və nəticəsi də bu oldu,bunun da qudurğan qohumları tutulmalıdır.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti