Bakıda etiraz aksiyası olacaq- YENİLƏNİB

26-01-2013, 20:45
Oxunub: 5991


İlk öncə "Binə” aksiyasında, daha sonra isə İsmayıllı rayonunda baş vermiş aksiyalarda polilərin rezin güllələrdən, bibər qazında istifadə etməsi əhalini qəzəbləndirib.

Etatist.com-un məlumatına görə, gənclər, Binə Ticarət Mərkəzində və İsmayıllı rayonunda baş vermiş aksiyada polislərin rezin güllələrdən istifadə etməsinə etiraz olaraq, "Silahları üstümüzdən çəkin” adlı aksiya təşkil ediblər.
"Facebook” sosial şəbəkəsində təşkil olunmuş tədbirdə gənclər polislərin son iki aksiyada əhaliyə qarşı rezin güllələrdən və bibər qazından istifadə etməsinə etirazını bilmirmək üçün hamını aksiyaya səsləyir.

"19 yanvarda Binə ticarət mərkəzində sahibkarlar etiraz aksiyası keçirdi. Polis rezin güllələrdən və gözyaşardıcı qazlardan istifadə etdi! 23 yanvarda İsmayıllıda əhali icra başçısından bezərək üsyan etdi! Ordu yeritdilər, polis yeritdilər. Silahlı qüvvələr yeritdilər. Onlar düşmən deyil! Onlar bizim xalqımızdı! Xalqımıza düşmən olmayaq! İsmayıllı camaatının, Binə ticarətçilərinin tək olmadığını göstərək! 
Aksiya siyasi deyil, heç bir təşkilat və ya partiya tərəfindən təşkil olunmayıb. Dünən İsmayıllıda və ondan əvvəl Binə ticarət mərkəzində etiraz edən vətəndaşlara qarşı polis tərəfindən vəhşicəsinə münasibətə etiraz etmək məqsədilə həyata keçirilir. Öz haqlarını tələb edən vətəndaşlarımıza dəstək məqsədi güdür. İstəyimiz hökumətin xalqın səsinə biganə qalmaması və onun istəklərini həyata keçirməsidir.” sosial şəbəkədə təşkil olunmuş tədbirdə belə qeyd olunub.
 
Qeyd edək ki, 25 yanvar saat 14:00-da Fəvvarələr meydanında olacaq.
 
***
Aksiya bu günə təyin olunsa da sonradan vaxtı dəyişdirilərək, yanvar ayının 26-na keçirilib. Buna baxmayaraq polis bu gündən gücləndirilmiş iş rejminə keçib.
Bakıda etiraz aksiyası olacaq- YENİLƏNİB
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti