İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO

24-01-2013, 00:45
Oxunub: 4349


Qəzəblənmiş insanlar rayondakı moteli və üç avtomobil yandırdı

Yanvarın 23-ü axşam saatlarında İsmayıllıda əhali etiraz edib. Bu barədə "Azadlıq"a daxil olan məlumatda bildirilir ki, qəzəblənmiş rayon sakinləri "Çıraq" adlı motelə hücum edərək, əvvəlcə binanın şüşələrini, qapı-pəncərələrini sındırıblar. Binanı yandırmağa cəhd göstərsələr də, polislər buna imkan verməyib. Lakin az sonra etirazçılar motelin qarşısındakı "Hummer" markalı maşına od vurublar. Ardınca Shevrole Aveo və Shevrole Niva daha iki avtomobil, yandırılıb. Bununla da sakitləşməyən etirazçılar yenidən motelə hücum edərək, bu dəfə binaya od vurublar.

  

İnsanların belə qəzəblənməsi adıçəkilən obyektin İsmayıllıda əxlaqsızlıq yuvası kimi tanınmasıyla bağlıdır. Əhali "Çıraq"da baş verən əxlaqsızlıqlara son qoyulması üçün dəfələrlə xəbərdarlıq etsə də, onların etirazlarına əhəmiyyət verilməyib. Qeyd edək ki, İsmayıllı rayonunun icra başçısının rəhbəri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovdu. Nazirin oğlu Vüqar Ələkbərovun rayina gələrək İsmayıllı sakinlərinin haqqında xoşagəlməz fikirlər işlətməsi isə adamların qulağına çatanda əhalinin "səbr kasası" daşıb və onlar "Çıraq"a hücum ediblər. Rayonda gəzən söz-söhətə görə, icra başçıcı artıq rayonu tərk edib. Etiraza qalxan insanlar isə icra hakimiyyətinə yürüşə hazırlaşır.

  

İsmayıllıda yayılan məlumata görə, sözügedən motel F.Ələkbərova məxsusdur. Elə yandırılan "Hummer"in də nazirin oğluna məxsus olduğu bildirilir.

 

00:30 

 

***

Musavat.com-un müxbiri hadisəni müşayiət etmək imkanı olan ismayıllılardan daha biri ilə danışıb. O, deyib ki, Kəpənəkdə yerləşən və nazir F. Ələkbərova aid olan "Çıraq” oteli tamamilə yandırıldı: "Nazirin oğlunu döyüb, xəstəxanalıq edib camaat. Hazırda 5000 nəfərə yaxın əhali, əksəriyyəti də gənclər olmaqla, icra başçısının yaxınlıqdakı evinə girdilər. Ehtimalən, oranı da yandıracaqlar”.
Adının açıqlanmasını istəməyən sakin dedi ki, polis hələlik aktiv müdaxilə etmir və onların sayı üsyana qalxan əhalinin sayından dəfələrlə azdır. 

 

 

00:50

***

Musavat.com-un verdiyi xəbərə görə, yerli sakinlər bildirir ki, hazırda İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev icra başçısının camaat tərəfindən tutulan evinin həyətindədir. O, insanları dilə tutmağa çalışır ki, evi yandırmasınlar. 

İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO
İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO
İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO
İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO
İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO
İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO
İsmayıllıda üsyan "nazir oğlunun maşını yandırıldı" - FOTO + VİDEO

 

 

 

 


 

 

 

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti