General icra başçısına kəllə vurub?

22-01-2013, 17:46
Oxunub: 17485


Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi Rasim Musayevin öz vəzifəsindən gözlənilmədən istefa verməsinin səbəbləri təfərrüatlı şəkildə məlum olmaqdadır. Bu barədə Gəncədə baş verənlərdən bilgili olan mənbəmiz xəbər verib.


Musavat.com-a bildirildiyinə görə, 20 Yanvar mərasimi günü Gəncə şəhər icra hakimi Elmar Vəliyevin bir sıra rəhbər şəxslərə hücum etməsi şəhərdə gərginlik yaradıb. İcra başçısından polis rəisi Rasim Musayevə şikayət edən Gəncənin axundu və Seyid Tahir və Texnologiya Universitetinin rektoru kömək istəyiblər.


Məlumatda iddia olunur ki, ziyalıların, axundun incidilməsinə son qoyulması üçün İH başçısı ilə görüşən polis rəisi ilə Elmar Vəliyev arasında mübahisə düşüb. Onsuz da əvvəldən münasibətləri sərin olan iki məmur əlbəyaxa davaya başlayıblar. Rasim Musayev İH başçısının kabinetində Elmar Vəliyevə kəllə zərbəsi vurub və onu yerə sərib. Daha sonra o, qapını çırparaq İH binasını tərk edib. Köməkçilərinin köməyi ilə yerdən qaldırılan başçı dərhal şəhər prokuroru Adil Vəliyevi yanına çağıraraq polis rəisinin bu hərəkəti barədə ölçü götürülməsini və bu barədə baş prokurora məlumat verilməsini tələb edib.


Bundan sonra Gəncədə işləyə bilməyəcəyini bildirən Rasim Musayev öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Mənbəmiz bildirir ki, hazırda bütün Gəncə bu hadisədən danışır. 


O da qeyd olunur ki, son davranışlarından sonra Gəncə əhalisi E.Vəliyevə  "Elmar Qroznı" ləqəbi verib. Özünü kral kimi aparan İH başçısı indiyə kimi ona qarşı çıxan şəxsləri sərt cəzalandırır.
Şərhlər : 6 Şərh yaz
Moskva 23 yanvar 2013 02:03  
Bir gun toyuq ederler onu,alcax.camaatin evini bizneslerini mef etdi
suleyman 23 yanvar 2013 04:16  
Rasim mellim duzedib,gerek kasib eshsheyini doyenkimi doyeydi o Elmari,Elmar chox evler yixib,Rasim mellimden sonra Gencelilerin veziyeti choxpis olacaq.
cavid 23 yanvar 2013 08:52  
rasim müellim düz edib icra başcisi o demek deyilki aga nezerem bele gezerem narazi kütle küceye cixanda elmar veliyev yox rasim müellim ve polis emekdaşlari durur kütlenin qabagina sonrada deyirler polis zorakiligi tay demirler polisi bu veziyete getiren kimlerdi.geniral düz edib
sami 24 yanvar 2013 09:00  
seyid tahir hansidi?
ilham 17 fevral 2013 20:41  
esl qeneral bela olar men rasim beya general maximums deyardim halal olsun
KOHNE FIKIRLI 8 mart 2013 11:22  
Bu Elmar cox medeniyyetsiz bir adamdi. Men onun sahidi olmusam ki, Yevlaxda isleyende Finca kredit teskilatinin numayendesini nece tehqir edib. Allah belalarini versin
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti