Prezidentliyə namizəd aclığa başladı

21-01-2013, 13:35
Oxunub: 1203


Ermənistan prezidentliyinə namizəd Andrias Qukasyan seçkiqabağı təbliğatın ilk günü vəd etdiyi müddətsiz aclığa başlayıb. O, aksiyanı Milli Elmlər Akademiyasının binası qarşısında keçirir. Trend-in məlumatına görə, bu barədə "7or.am." yazıb.

Daha əvvəl Andrias Qukasyan Ermənistan MSK-nın sədri Tiqran Mukuçyana məktubla müraciət edərək seçkiqabağı təşviqatın başlanğıcına qədər Ermənistan Respublika Partiyasının sədri və hazırkı prezident Serj Sarkisyanın qeydiyyatını etibarsız elan etməyə çağırıb. Əks halda, o, müddətsiz aclığa başlayacağını bəyan edib.

Ermənistanda prezident seçkiləri 2013-cü il fevralın 18-də keçiriləcək. Ermənistan prezidenti postu uğrunda Ermənistanın indiki Prezidenti Serj Sarkisyan, keçmiş Baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan, XİN-in keçmiş rəhbəri, İrs Partiyasının İdarə Heyətinin sədri Raffi Ovannisyan, Paruyr Ayrikyan, Arman Məlikyan, Andreas Qukasyan, Vardan Sedrakyan, Milli Həmrəylik Partiyasının lideri Aram Arutyunyan mübarizə aparırlar.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti