Metyu Brayza yenə Dağlıq Qarabağdan danışdı

18-01-2013, 20:08
Oxunub: 6792


Ermənistanla Dağlıq Qarabağ arasında uçuşların həyata keçirilməsi bölgədə vəziyyəti gərginləşdirə bilər

 

"Hamımız yaxşı bilirik ki, Ermənistanda rus hərbçilərinin xidmət etdiyi hərbi baza var. Bu səbəblə tərəflər arasında hərbi-texniki saziş imzalanması məntiqlidir”.

APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Ermənistanla Rusiya arasında hərbi-texniki razılaşma əldə olunmasına münasibət bildirərkən deyib. Onun fikrincə, əsas məsələ odur ki, Minsk Qrupunun həmsədri kimi Rusiya imicini necə qoruyacaq: "Mən bu sazişin məzmununu bilmirəm, lakin hər şey açıq, şəffaf olmalıdır ki, bütün həmsədrlər Rusiya ilə Ermənistan arasında nələr baş verdiyini bilsin. Bu olmadan etimad olmaz”. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti