QMİ İsa Qəmbərə edilən hücumdan danışdı

18-01-2013, 17:52
Oxunub: 1265


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Müsavat başqanı İsa Qəmbərə Lənkəranda edilən hücumda Şeyxülislam Hacı Allahşükür Paşazadənin nümayəndəsinin də iştirak etməsi ilə bağlı məlumata aydınlıq gətirib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, mətbuatda göstərildiyi kimi, həqiqətən də adı çəkilən Qəni Axundzadə QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsidir.

 

Lakin QMİ nümayəndəsi Qəni Axundzadənin bu olayda iştirakını təkzib edib: "Bizim heç bir nümayəndəmiz bu hücumda iştirak etməyib və bu, QMİ-yə, onun rəhbərliyinin adına böhtandır. İdarənin və Şeyxin adının bu hadisədə hallanması təxribatdır”.

 

Qeyd edək ki, "Yeni Müsavat” qəzetinin yazdığına görə, İsa Qəmbərə edilən hücumda QMİ sədri Allahşükür Paşazadənin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə də iştirak edib. Ancaq o, bu prosesə dindarları cəlb edə bilməyib.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti