Avropa Birliyi Dağlıq Qarabağdan danışdı

18-01-2013, 13:01
Oxunub: 2425


Avropa Birliyi ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəflərə yardımçı olan Minsk Qrupunun səylərinə dəstəyini alqışlayıb.

APA-nın xəbərinə görə, bu barədə AB-nin ATƏT Daimi Şurasının iclasında oxunan bəyanatında deyilir.
AB ölkələri Ukraynanın ATƏT-də sədrliyi qəbul etməsi və açıqladığı prioritetləri də alqışlayıblar. Bəyanatda Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq bacarığına malik olmasından əminlik ifadə edilərək Dağlıq Qarabağ münaqişəsinin həllinin regionun gələcəyi baxımından həyatı əhəmiyyət daşıdığı qeyd olunub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti