Əsgərini qoruya bilməyən generallar kimlərdir?

17-01-2013, 21:41
Oxunub: 11201


Son zamanlar cəmiyyət əsgər ölümləri ilə bağlı ciddi narahatlıq yaşamaqdadır. Belə ki, hətda insanlar arasında artıq başlayan müzakirələrdən,narahatlıqdan dolayı Silahlı Qüvvələrdə çağırış yaşının 19 və ya 20-yə qaldırılması təklif olunması, media vasitəsi ilə gündəmə gətirildi. Həmin, təkliflərin bu il ərzində parlamentin müzakirəsinə təqdim olunacağı gözlənildiyi vurğulandı.


Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçən, əsgərlərin həyatına təhlükə ən çox Milli Orduda olsada, digər qurumlarda bundan az problem mövcud deyil.
2012-ci il statistkasına görə Müdafiə Nazirliyinin hərbi hissələrində 97 nəfər əsgərimiz həyatını itirmişdir.

2013-cü ilin başlaması ilə, gündəmə gələn əsgər Ceyhun Qubadovun öldürülməsi faktı ilə cəmiyyətin narahatlığının hərəkətliliyi ilə, insanlar xidmət zamanı vəfat edən, əsgərlərlərimizə görə "əsgər ölümlərinə son qoyulsun!” aksiyası keçirməsindən sonra da, nə yazıq ki, biz əsgərlərimizin vəfat etmək xəbərini almaqdayıq.

 

Belə ki, dünən Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olan əsgərin iflic durumda olmağı, dekabrın 8-də hərbi xidmətini başa vurmağa iki həftə qalmış, əsgər Həsənov Firəddin Əlfi oğlunun bıçaqlanaraq vəfat etməyi, yalnız milli orduda bu problemin olmadığını gözlər önünə sərməkdədir. Bu gün Azərbaycanda daha bir əsgər, Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin əsgəri Mahmudlu Sübhanın güllə yarası alması, bu qurumdada ciddi problemlərin olduğunu göstərməkdədir.

2013-cü ilin 17-ci günündə olsaqda, biz Azərbaycan Silahlı Qüvvələrinə əsgər kimi xidmətə göndərdiyimiz, gənclərimizin, müammalı ölümləri, yaralanmaları ilə, xəsarət almaları xəbərləri ilə hələdə qarşılaşmaqdayıq.


Qeyd edək ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə tabe olduqları hərbi birləşmələrdən, zabitlərin ardıcıl olaraq göndərilməsi ilə, hərbi hissələrdə nəzarəti gücləndirilməsi haqqında xəbəri yayımlamışdıq. Lakin, görünəni odur ki, Müdafiə Nazirliyinin nəzarətini güclənməsinə baxmayaraq, digər qurumlarda əsgərlərimizin vəziyyəti ağır olaraq qalır.


Əsgər ölümlərinin ən çox baş verdiyi qurumlar:
Müdafiə Nazirliyi
Dövlət Sərhəd Xidməti
Ədliyyə Nazirliyi Penitensiar Xidməti

Xatırladaq ki, penitensiar xidmətdə hərbi xidmət keçən əsgərlərin bir çoxları, adətən məmur övladları olsada, sıravi vətəndaşların övladlarıda həmin qurumda hərbi xidmət keçməkdədir. Penitensiar Xidmətin, olaylarının çoxunun gizli saxlandığı, əslində həmin qurumda çox ciddi nöqsanların olması barədə zaman-zaman mətbuat gündəmə gətirilməkdədir.


Ancaq, məyus edici odur ki Azərbaycanın üç generalı, Müdafiə Naziri general-polkovnik Səfər Əbiyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi general-leytenant Mədət Quliyev öz tabeçiliklərində olan, millətin əsgər balalarını həyat və sağlamlıqlarını qorumaqda çətinlik çəkirlər.
Şərhlər : 7 Şərh yaz
haqq 17 yanvar 2013 22:22  
DİN xüsusi rütbəli 50 min sıravi polis nəfərləri,serjantları da DQ-ın sıraviləri də əsgər sayılırlar.Ən çox polis işçiləri ölürlər,yarısı silahla ehtiyatsız davranma(DYP-nin 2 nəfərini mən bilirəm),məs.ANS MirŞahinin qardaşı polis kapitanı idi,Nəsimi polisində 5-7 il morfinist kimi iynə vura-vura gəzdi,axırda 30-35 yaşında "peredoz"dan öldü.
turk 18 yanvar 2013 01:54  
Bashliqdaki sualiniza bele cavab vermek olar.GUNAHKAR ALI BASH KOMANDAN ILHAM ELIYEVDIR....!
Soraq 1 fevral 2013 09:41  
basda meded qulu olan RUSVET GENERALLARI!!!!!
EL 1 fevral 2013 17:26  
AR OLSUN GEYDIRME GENERALLARIMIZA KI ONLARIN SAYI KUCE ITLRINE CATIR ARTIQ!!! VETEN QAN AGLAYIR BUNLAR PUL SIGALLAYIR! SHEREFLERINI SATIRLAR!
nurane 24 mart 2013 20:50  
birinci gunah ilham eliyevdedi.sonra onun rusvetxor,20 ilden coxdur general teyin etdiyi sefer ebiyevdedi.bir soznen gunah butun rusvetxorlardadi.azerbaycani indiyedek soyurlar helede gozleri doymur.sonunuza az qalib
Elnur 23 iyun 2013 23:56  
Bu qederde haqsizliq olmaz.Medet Quliyev Penitensiar xidemete gelenden sonra cox shey deyiwib.Bu cur generalla qurur duymaq lazimdi
taqaudda olan polis 26 dekabr 2013 18:55  
din-de yas heddi ne qederdir ki,62/63 yasli reisler /polkovnikler/ helede isleyirler,qamboy,aydin ve i/a/
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti