İran səfiri Vasif Talıbovla görüşüb?

15-01-2013, 15:06
Oxunub: 1869


Naxçıvan Muxtar Respublikası Ali Məclisində İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinlə görüş olub.

Bu barədə APA-ya Naxçıvan MR Ali Məclisindən məlumat verilib. Ali Məclisin sədri Vasif Talıbov bildirib ki, səfirin diplomatik fəaliyyəti müddətində Azərbaycanla və Naxçıvan MR ilə İran arasındakı əlaqələr daha da inkişaf edəcək.

 

Görüşdə Azərbaycan-İran münasibətlərinin parlamentlərarası dostluq qrupları səviyyəsində də inkişaf etdiyi qeyd olunub.

Səfir isə mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin çoxşaxəli olduğunu bildirib, bu əlaqələrin inkişafında Azərbaycan-İran Parlamentlərarası dostluq qrupunun rəhbəri olan V.Talıbovun fəaliyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər : 3 Şərh yaz
ARİF 29 iyun 2013 12:45  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çox mülayim adamdır. O,insanlarla necə mülayim rəftar edirsə (Ermənistandan başqa),qonşularla da o cür münasibətdədir.Bu da öz nəticəsini verməkdədir.İran hököməti də dəfələrlə Naxçıvanla İran arasında mehriban qonşuluq əlaqələrindən danışıb. Bu əlaqələrin yaranması Vasif Talıbovun güclü diplomatik fəaliyyətinin nəticəsidir.Biz Vasif Talıbova gələcək diplomatik fəaliyyətində uğurlar arzulayırıq.
mahir. 15 iyul 2013 13:50  
inşallah öler naxcıvanında canı kurtarar
ARİF 10 avqust 2013 14:06  
ALLAH ELƏMƏSİN O ,NAXÇIVANIMIZ ÜÇÜN LAZIMDIR O, OLMASAYDI NAÇIVANI KİM CƏNNƏTƏ ÇEVİRƏCƏKDİ
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti