Sabiq nazirlər Sarkisyana qarşı

15-01-2013, 11:37
Oxunub: 1619


Ermənistan Mərkəzi Seçki Komissiyası yanvarın 14-də keçirilən növbədənkənar iclasında prezident seçkilərində iştirak edən namizədlərin siyahısını təsdiq edib.


Lent.az-ın BBC-ə istinadən verdiyi məlumata görə, fevralın 18-də prezident seçkilərində 8 namizəd iştirak edəcək. MSK tərəfindən namizədlikləri təsdiq olunanlar arasında fəaliyyətdə olan Ermənistan prezidenti, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sarkisyanın da adı var.

 

 

Digər 7 namizəddən 3-ü keçmişdə nazir olub. Belə ki Jaranqutyun Partiyası ("İrs”) idarə heyətinin rəhbəri olan sabiq Ermənistan xarici işlər naziri Raffi Hovhannisyan, Azadlıq Partiyasının sədri, Ermənistanın sabiq baş naziri Hrant Baqratyan və tanınmamış "DQR” sabiq xarici işlər naziri olmuş politoloq Arman Melikyandır. Qalan 4 namizəd arasında isə 2 siyasətçi, 1 özəl radio rəhbəri və 1 eposşünas var.

Qeyd edək ki, prezident seçkiləri çərçivəsində namizədlərin prezident seçkiləri çərçivəsində namizədlərin rəsmi seçkiqabağı təşviqat kampaniyası yanvarın 21-dən başlanacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti