İsa Qəmbərdən Zeynal Nağdəliyev açıqlaması

14-01-2013, 18:45
Oxunub: 5751


 Müsavat başqanı İsa Qəmbər dünən Lənkəranda baş verən olayla bağlı mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, Müsavat başqanı hələlik kimliyi məlum olmayan şəxslər tərəfindən ona qarşı edilən hücumun Lənkəran əhalisinə heç bir aidiyyatının olmadığını deyib. İsa Qəmbər bu hadisənin sui-qəsd cəhdi olduğunu və basqında 150-ə yaxın adam iştirak etdiyini deyib.

  

Müsavat başqanı həmçinin onlara qarşı edilən hücumun şəhid ailələri tərəfindən edilməsi haqda yayılan məlumatlara münasibət bildirib. 
"Şəhid ailələri bizim başımızın tacıdırlar və onlarla münasibətlərimiz hər zaman isti olub. Əgər hücum edənlər imkansız adamlar idisə, onlar ora "Cip"lərlə necə gəlmişdilər?".

  

İsa Qəmbər daha sonra hücumun Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev tərəfindən təşkil edilməsinə münasibət bildirib. Müsavat başqanı bildirib ki, Zeynal Nağdəliyevlə tələbə yoldaşı olub.
"Zeynal Nağdəliyevi 70-ci illərin əvvəllərindən tanıyıram. Tələbə yoldaşı olmuşuq, münasibətlərimiz yaxşı olub. O mənə "Vosmoy uşağı", mən ona "Yasamal uşağı" deyirdim. Əgər o dövrlərdə tanıdığım Zeynal Nağdəliyev qalıbsa, belə bir iş görməz”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti