Ermənistan və Azərbaycan nazirləri görüşəcəklər

14-01-2013, 13:19
Oxunub: 772


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüşü yanvarın 28-ə planlaşdırılıb.
Bu barədə mətbuat konfransında APA-nın sualını cavablandıran Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, görüş yanvarın 28-də baş tutmalıdır, lakin görüşün formatı hələlik məlum deyil: "Çünki həmsədrlər hələlik bu məsələ ilə bağlı təkliflərini təqdim etməyiblər”.

Görüş Parisdə baş tutacaq. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti