Aksiyada nələr oldu?- FOTOLAR

12-01-2013, 19:16
Oxunub: 3318


Bu gün əsgər ölümlərinə etiraz etmək üçün təşkil olunmuş "Əsgər ölümlərinə son" aksiyası baş tutub.

 

Etatist.com-un hadisə yerinə ezam olunmuş müxbiri Günay Turanın verdiyi məlumata görə aksiyada təxminən 500-600 insan iştirak edib. İştirak edənlərin arasında şəhid ailələri, müxtəlif təşkilatlarda təmsil olunan gənclər, partiya gəncləri və müstəqil gənclər iştirak edib.

 

Qeyd edək ki, aksiyada 25 nəfərin saxlanıldığı bildirilir. Saxlanılanların içində bir nəfərin ayağının sındığı bildirilib.

***

Aksiya iştirakçısı Pərviz Əzimovun Etatist.com-a verdiyi məlumata görə əraziyə 10-a yaxın polis iti də cəlb olunub: "Əraziyə 8-9 dənə polis itləri gətirmişdilər. Onlar start vəziyyətində saxlanılmışdı".

P.Əzimov, 25 nəfərin Səbail rayon Polis İdarəsində, 6 nəfərin isə Xətai Rayon Polis İdarəsində saxlanıldığını və daha sonradan isə iki nəfərin- Elitar.info-nun baş redaktoru Elmin Bədəlov və Nihat Cəbrayılın buraxıldığını qeyd etdi.

Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR
Aksiyada nələr oldu?- FOTOLAR

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti