Aksiyanın şərtləri bəyan edildi

12-01-2013, 16:09
Oxunub: 1679


Etatist.com-un məlumatına görə Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı öz "facebook" profilində aksiyanın şərtlərini yazaraq aksiya iştirakçılarına səslənib: Dəyərli vətəndaşlar, 12 yanvar 16:00 tarixində Fəvvarələr meydanında əsgər ölümünə son qoyulsun tələbi ilə dinc aksiya keçiriləcək. Aksiyanın formatı və tələbi aşağıdakılardır: (Bu aksiya heç bir təşkilat və ya siyasi partiya tərəfindən təşkil olunmayıb. Bu aksiyanın qaydalarına tabe olmayan insanlar, aksiyaya gəlməsin. Aksiyanın qaydalarını pozan insanları polisə təqdim edəcəyik).

12 yanvar saat 16:00 da başlayan, "Əsgər ölümlərinə son aksiyası" saat 17:00da başa çatacaq.

Aksiyanın qaydaları:
- Aksiyanın müddəti 1 saatdır. 1 saat sonra hər kəsin aksiya yerini tərk etməsi xahiş olunur.
- Aksiya sivildir və heç bir qarşıdurmaya gedilməməlidir.
- Aksiyada təşkilatçıların bəyan etdiyindən başqa şüarlar səsləndirilməyəcək.

- Yalnız bu şüarlar plakat kimi qaldırıla bilər : "Sizə gülləsizlikdən gül verəcəyik", "Ən böyük cinayətin şahidi olmur", "Göz həm də görməmək üçündür", "Əsgərlər ölməsin ordu morqa dönməsin", "Biz heç kimə qarşı deyilik ədalət istəyirik", "Vətəni qoruyanları qoruyaq"

- Bu aksiya geniş ictimaiyyətin meydan müzakirəsi xarakterində olacaq, oraya toplanan hər kəs öz aralarında əskər ölümlərini müzakirə edəcək.

 

Biz müzakirə üçün toplanmışıq, tələblərimizi təqdim edirik və iki həftə hökumətə vaxt veririk. Bu səbəbdən hər 10 dəqiqədən bir insanlar iki barmağını yuxarı qaldıraraq simvolik mesaj verəcək.
Aksiya iştirakçıları, qərənfil gətirə bilər, qırmızı lent bağlaya bilər, əskər papağı taxa bilər, lakin şüarlar yazılmış plakatları yalnız təşkilatçılar təqdim edəcək.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti