"Orduda həmişə itkilər olur"- YAP rəsmisi

12-01-2013, 11:46
Oxunub: 2372


"Parlamentin bununla bağlı xüsusi iclasını çağırmağa ehtiyac görmürəm”


3 aylıq hərbi xidmət keçmiş, döyülərək öldürülən əsgər Ceyhun Qubadov olayının timsalında hərbi hisslərimizdəki vəziyyət cəmiyyətin bütün spektrində müzakirə mövzusu olaraq qalır. Bu hadisə bir daha Milli Orduda qeyri-döyüş şəraitində faciəli ölüm hallarının baş verməsi bir məsələni xüsusilə zəruri edir. Əraziləri işğal altında qalan dövlətin ordusunda nizam-intizam qaydalarına riayət olunmaması və bu səbəbdən də tez-tez əsgər ölümləri ilə üzləşməyimiz Milli Məclisin fövqəladə iclasının keçirilməsini gündəmə gətirmirmi?


Parlamentin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə parlamentin xüsusi iclasının keçirilməsinə ehtiyac görmədiyini deyib: "Parlamentin bununla bağlı xüsusi iclasını çağırmağa ehtiyac görmürəm. Bu hadisəyə cəmiyyətin bütün təbəqələri, o cümlədən də qanunverici və hakimiyyət üzvlərinin məsələyə münasibəti üzə çıxmış oldu. Hər bir deputat bu və ya digər formada buna münasibət bildirir. Məgər bunun özü elə bir iclas demək deyilmi? Hadisə araşdırılmamış, ortada bir məsələ olmamış Milli Məclisin fövqəladə iclasını keçirmək nə dərəcədə düzgündür? Orduda həmişə itki olur, bu, acı bir həqiqətdir, həm döyüş, həm də qeydi-döyüş şəraitində itkilər həmişə rast gəlinir. Ən hazırlıqlı, ən yüksək standartlara cavab verən NATO ordusunda, inkişaf etmiş ölkələrin hərbi hissələrində belə vaxtaşırı itkilər olur”.


Amma bütün bunlarla yanaşı deputat hesab edir ki, bu hadisə bir çox məsələləri ortaya çıxarıb: "Əvvəla heç bir ailənin əsgər ölümü ilə üzləşməsi təkcə onun çərçivəsində qalmır, bütün cəmiyyət buna reaksiya verir. İkincisi, övladını itirən analar övladının başqa səbəbdən deyil, şəhid olmasını arzulayır. Bu yalnız Azərbaycan qadınına xasdır. Üçüncüsü, orduya hazırlıq məsələsi çox ciddi şəkildə ortaya qoyulmalıdır. Ordudan hazırlığı gözləmək düzgün olmaz, ailələrdə, məktəblərdə, ayrı-ayrı məkanlarda, KİV-lərdə orduya hazırlıqla böyük fəaliyyət qurulmalıdır ki, əsgər yaşı çatan hər bir kəs psixoloji baxımdan hazır olsun. Gənc əsgərlərin bir-birini qoruması hissinin mənimsəməsi vacib məsələdir”.

aznews.az

Şərhlər : 9 Şərh yaz
rasim 12 yanvar 2013 12:15  
NECAKI,AZARBAYCANDA RUSVAT,KARUPSIYA YIQISILMAYAIB,NAINKI ASGAR OLUMLARI,KORPA USAQLARIMIZDAN ALIM VA ZİYALILARIMIZA KIMI,HAMISI OLU KIMI QALACAQ...
israil 12 yanvar 2013 12:38  
Aydin mellim orduda sizin oglunuz doyulerek oldurulseydi neinki azerbaycan parlamentini butun avropa ve diger muvafiq qurumlari fovqelade iclasin cagirardiniz.bir meselede goren sizin oglunuz herbi xidmet edibmi? :))ziyalilarin, kasiblarin werefli ogullaridir, herbi xidmete gedib insafsiz zabit ve diger wexsler terefinden bu veya diger hadiselerle uzlewirler.cox aci heqiqetdir.durub aciqlama vermek cox asant meseledir...
ruslan 12 yanvar 2013 13:06  
ALLAH BASINA BUNDANDA AGIR BALA GATIRSIN AY Aydın Mirzəzadə
fazil 12 yanvar 2013 13:21  
bu hadise bawqa normal bir devletde olsaydi dovlet bashcisi seviyyesinde munasibet bildirilerdi ,ya dao qurum istefaya gonderilerdi.ancaq ,Aydin "muellim" bu esgerin anasini susdura bilseydiniz ,onu urek xestesi deyib basdiracaqdiniz.
Tural 12 yanvar 2013 13:22  
GELIN MESELEYE BIRAZ OBYEKTIV YANASAQ.HER GUN OLKEDE ONLARLA INSANLAR BEDBEXT HADISE NETICESINDE HELAK OLURLAR.YOL QEZALARINDA,HER HANSI DAVA,BICAQLANMA,DOYULME VS S.INDI ORDUDA 1 DENE BELE HADISE OLMAGINI BU REAKSIYA ILE QARSILAMAQ BIRAZ OBYEKTIVLIKDEN,SEMIMILIKDEN KENARDI.ALLAH REHMET ETSIN ESGERE DE.HER HALDA HECH KES BELE ISTEMEZDI,AMMA QISMETDEN QACHMAQ OLMUR.HER YERDE CINAYETKAR VAR, ORDU DA.GUNAHI OLAN SEXSLER CEZASINI ALACAQ.MESELENI IFRAT DERECEDE SISIRTMEK NEYE LAZIM......

GELIN MESELEYE BIRAZ OBYEKTIV YANASAQ.HER GUN OLKEDE ONLARLA INSANLAR BEDBEXT HADISE NETICESINDE HELAK OLURLAR.YOL QEZALARINDA,HER HANSI DAVA,BICAQLANMA,DOYULME VS S.INDI ORDUDA 1 DENE BELE HADISE OLMAGINI BU REAKSIYA ILE QARSILAMAQ BIRAZ OBYEKTIVLIKDEN,SEMIMILIKDEN KENARDI.ALLAH REHMET ETSIN ESGERE DE.HER HALDA HECH KES BELE ISTEMEZDI,AMMA QISMETDEN QACHMAQ OLMUR.HER YERDE CINAYETKAR VAR, ORDU DA.GUNAHI OLAN SEXSLER CEZASINI ALACAQ.MESELENI IFRAT DERECEDE SISIRTMEK NEYE LAZIM......
Asim 12 yanvar 2013 13:29  
Bu hec azerbaycanliya da benzemir ! Senin yaltaq menliyine ele bil ki her seyi dedim ...
ruslan 12 yanvar 2013 14:48  
ay deputat, Allah bu musibeti senin,senin yaxinlarinin,senin ezizlerinin bashina getirsin,Amin
Elchin 12 yanvar 2013 15:15  
Deputat muellim, shadlig sarayini emele getirdin artig Mingecevirde. Mingecevurden bir nefer deye biler ki, buna ses verib? Gardashini chixmag shertile. Hech geceler yatanda vicdaninin sesini eshidirsen?
ruslan 1 fevral 2013 10:59  
Aydın müəllim inşaatı bitirib , hərbi işlərdən və hərbi texnikadan çox uzaq bir adamdır, işi- gücü mədhiyyə deməklə çörək pulu qazanmaq və ailəsini dolandırmaqdır.Amma Aydın unutma ki, ölüm də var! haqq hesab soruşan da ! vaxt gələr qismət olarsa bu dünyada vicdanının cəngində qalar san .Qoy Ulu Tanrı sənə və cənin kimilərinə elə bu dünyada, başqalarına görk olsun deyə, vicdan əzabından sızlamağı nəsib etsin.İnşalllah!!!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti