Böyük Britaniyadan da aksiya xəbərdarlığı gəldi

11-01-2013, 17:50
Oxunub: 2117


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi öz vətəndaşlarına sabah Bakının Fəvvarələr Meydanına təyin olunmuş razılaşdırılmamış aksiya ilə əlaqədar xəbərdarlıq edib. APA-nın məlumatına görə, səfirliyin saytında yerləşdirilmiş məlumatda Britaniya vətəndaşları aksiya keçirilən ərazilərə yaxın getməməyə və sayıq olmağa çağırılır.

Qeyd edək ki, bundan əvvəl ABŞ səfirliyi də öz vətəndaşlarına analoji xəbərdarlıq edib. Sosial şəbəkələrdə əsgər Ceyhun Qubadovun ölümünə etiraz edən bir qrup gəncin sabah saat 16.00-da Fəvvarələr Meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb. Daxili İşlər Nazirliyi razılaşdırılmamış istənilən aksiyanın qarşısının alınacağını bəyan edib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya səfirliyi bundan əvvəl də razılaşdırılmamış etiraz aksiyaları zamanı vətəndaşlarına ehtiyatlı olmaq barədə xəbərdarlıqlar edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti