Öldürülən əsgərə "ürək çatışmamazlığı" diaqnozunu qoyan ekspert kimdi?

11-01-2013, 00:14
Oxunub: 6618


Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgəri Ceyhun Qubatovun müəmmalı ölümü ətrafında gərginlik davam edir.

 

Belə ki, əsgərin anasının "Azadlıq" qəzetinə təqdim etdiyi video və foto görüntülərindən aydın olduğu kimi öldürülən əsgər Ceyhun Qubatovun bədənində, baş nahiyəsində, kürəyində ağır xəsarət, hətta küt alətlə zərbə almaqdan yarana biləcək göyərmələr, gemotomalar açıq şəkildə görünür.

 

Belə olan halda ictimayətdə çox ciddi naratahlıq doğuran bu hadisənin kimin tərəfindən törədildiyinin araşdırıldığı haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi (MN) və Hərbi Prokurorluq bəyanat yaydı.

Lakin aydın olmayan bir məsələ var ki, bu istintaqın gedişatını aydınlatmaq üçün, kifayət qədər önəmli bir detal və sübutdur. Bilindiyi kimi əsgər Ceyhun Qubatovun ölümünün səbəbi rəsmi şəkildə açıqlandıqda tibbi ekspert tərəfindən ona "ürək çatışmamazlığı" dioqnozu qoyulmuşdu. Bilinməsi gərəkən odur ki, hansı tibbi ekspert nə üçün və nəyin müqabilində 18 yaşı tamam olmuş, Azərbaycan Silahlı Qüvvələrinin üç aylıq gənc əsgərinin ölümündən sonra cəsədi incələyərkən asanlıqla görülə biləcək cinayət faktını gizlətməyə çalışmışdır?

 

Həmin tibbi ekspert kimdir? Cəmiyyətə niyə onun kimliyi açıqlanmır? 

Ümumiyyətlə, prosedur gərəyincə hər hansı bir hadisə baş verdikdə və tələfat ortaya çıxdıqda həlak olan əsgərin cəsədi ilk olaraq Hərbi Hissənin Tibb Məntəqəsinə aparılır. Tibb məntəqəsindən sonra isə məlum məsələylə bağlı Hərbi Hissə komandirinin göstərişinə əsasən araşdırma təyin edilir. Araşdırma cinayət tərkibli olduqda Müdafiə Nazirliyinin tabeçiliyində olan bölgə üzrə Təhqiqat İdarəsinə göndərilir. Bundan sonra isə həmin araşdırmanın xitam verilib verilməyəcəyinə bölgə Hərbi Prokurorluğu qərar verir. Bütün bu prosedurlara əsasən, cəsədin üzərində incələmə keçirən, araşdırma aparan, əsgərin manqa komandirindən tutmuş, hərbi hissə komandirinə qədər, hərbi hissənin tibb məntəqəsindən tutmuş, tibbi ekspertə qədər, müdafiə nazirliyinin təhqiqatçılarından tutmuş, hərbi prokurorluğun müstəntiqlərinə qədər heç kim bu əsgərin bədənində xəsarət izlərinin olduğunu görməyib?


Nə üçün hələ də hərbi cinayəti gizlətməkdə bir başa rol oynayan, Ceyhun Qubatovun meyitini müayinə edən və ona "ürək çatışmamazlığından vəfat edib" diaqnozunu qoyan ekspert hələ də cəzalandırılmayıb? Hərbi hissə komandiri hələ də cəzalandırılmayıb? Yuxarıda adı hallanan Müdafiə Nazirliyi Təhqiqat Bölməsi, Bölgə Prokurorluğu, Həbi Hissənin Tibb Məntəqəsinin məsələylə bağlı nə qədər günahkar olub olmadıqları haqqında cəmiyyətə məlumat verilməyib?

 

Əsgərin orqanları çıxarılıb?

Ceyhun Qubatovun ailəsi Azadlıq Radiosuna Ceyhunun ürəyindən heç bir şikayəti olmadığı bildiriblər. Ceyhun Qubatovun bibisi Əsmayə Sadıqova öldürülən əsgərin başından kürəyinə qədər 30-40 ədəd tikiş izinin olduğunu bildirdi. Ə. Sadıqova Ceyhun Qubatovun meyitinin açılması icazə verilmədiyini, ancaq, meyiti məcbur açdırdıqlarını və gördüklərindən şoka düşdüyünü bildirdi. Ə.Sadıqova həmçinin onu da bildirdi ki, Ceyhun Qubatovun orqanları yerində olmayıb. O öldürülən əsgəri ekpertiza üçün yardıqdan sonra orqanlarının çıxarıldığını iddia edir.

Şərhlər : 14 Şərh yaz
sebnur mehrali 10 yanvar 2013 23:06  
ALLAH O INSANLARIN ELBETTE KI,CEZALARINI VERECEKDIR.BU DUNYADA OLMASA DA O BIRI DUYADA VERECEKDIR,ONLAR BU ISIN HEQIQI UZUNU GIZLEDIRLER,AMMA ONU DA BILSINLER KI,ALLAH HER SEYI GORENDIR VE BILENDIR.ALLAH ESGERIMIZE REMET ETA EYLESIN INSALLAH.ATA-ANASINA DA ALLAHDAN SEBR DILEYIREM VE DEYIREM KI ONLARIN OGLU SEHIDDIR VE SEHIDLERIN YERI ISE CENNETDIR.
Esger 10 yanvar 2013 23:11  
Sefer Abiyev bu defe voyenkomatin ustune atamadin,alinmadi? Sefer Abiyev istefaya qetmelidir
Yasin 11 yanvar 2013 00:13  
Böyük rəzalətdir.
Medine Eli qizi 11 yanvar 2013 00:18  
Tupurum sizin sherefinize.Sizin balaniz yoxdu, a bala qanina susamishlar?
razi 11 yanvar 2013 01:04  
bu qeder alcaq dovlet olar??bizim bezi ograslar inanki ac olsalar oz balasinin etini yeyer<onlar bala nedir bilmirler...
Rocstar 11 yanvar 2013 02:17  
bele getse olke qan golune donecek

Mudafiye Naziri derhal istefa versin!
elshem 11 yanvar 2013 10:09  
Yox Seferi iwden cixartmaq yox onu ve onun kimi bu xalqin qanini soran qanicenlerin kokunu kesmek lazimdir
ana 11 yanvar 2013 10:58  
Azerbaycan milli ordusunda bu qeder cinayet olur mudafiye nazirine hec bir sey etmirler.teni olkede xalqini ve ordusunu seven bizim dasqa herbicimiz yoxdur ki sefer ebiyev evez etsin.memurlarimizin adi en pis cinayet islerinde hallanir ancaq onlara gozun uste qasin var deyen olmur.
camal 11 yanvar 2013 10:58  
Allah əsgərimizə rəhmət eləsin!Bu cinayətdə iştirak edənlərin hamısının dövlətimizin hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılmalıdırlar!!!Allahdan,bu cinayətdə iştirak edənlərin hamlsının ağır cəzalandırmasını istəyirəm!!AMİN!!!
kukla 11 yanvar 2013 11:00  
allah tala bu iwi edenlerin balasinin bawina bele iw getirsin amin.
ceyhun 11 yanvar 2013 11:18  
Şerhe gerek yox. BU REJİM GETMELİDİR. ARTIG GUDURMUŞLUGDAN GUDUZLAŞMIŞLAR.
seva 11 yanvar 2013 11:56  
hansı cəzadan danışırsız ay Millət! Bunlar hamısı bir bezin qırağıdır. Biri o birinin ayağını basmaz
ilqar 11 yanvar 2013 14:35  
Sefer Ebiyev herbi hissenin yuksek rutbeli zabitlerinin rutbesini asagi salmaqla hec de bu cezalandirmaq deyil esgeri oldurenlere birmenali sekilde veten xayini adi verib omurluk hebs etmelidiler ki basqalari ucunde bu bir ders olsun
Bozqurd 11 yanvar 2013 14:39  
su bashdan bulanar Ilham Eliyev!!!
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti