İran Qarabağdan danışdı

8-01-2013, 15:26
Oxunub: 5183


"İran Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərə hər cür yardımı göstərməyə hazırdır".
Bunu həftəlik mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

İranın Dağlıq Qarabağ münaqişəsinin dialoq yolu ilə həllini istədiyini deyən R. Mehmanpərəstin sözlərinə görə, İran bu prosesə hər cür yardım etməyə hazırdır.
"Qarabağ problemi və digər problemlər bölgəyə təsir imkanları olan ölkələrin yardımı ilə həllini tapa bilər. Biz Dağlıq Qarabağ probleminin də Azərbaycan və Ermənistan arasında dialoq yolu ilə həllini tapacağına inanırıq", - deyə R. Mehmanpərəst vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti