İrandan Azərbaycana mesajlar

7-01-2013, 11:15
Oxunub: 1945


Mərasim Höccətülislam Bərgi tərəfindən aparılıb
İranın bir sıra şəhərlərində, həmçinin Güney Azərbaycanın Təbriz şəhərində "Azərbaycanda islami hərəkatın son durumunun təhlili” mövzusunda dini toplantı keçirilib. AzNews.az İran mətbuatına istinadən xəbər verir ki, mərasim Höccətülislam Bərgi tərəfindən aparılıb. 

Toplantılarda Azərbaycan İslam Partiyasının sədri, Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham edilərək 12 il azadlıqdan məhrum edilən Mövsüm Səmədovun həbsinin 2-ci ildönümü də qeyd olunub.

Təbrizin Abbasi məntəqəsinin "İmam Zaman” məscidində keçirilən toplantıda dindarlar, İnqilab Keşikçiləri Ordusunün nümayəndələri və mədəniyyət işçilərilərinin iştirak etdiyi barədə məlumatlar var. Höccətülislam Bərgi öz çıxışında Qarabağın hələ də işğal altında olduğunu vurğulayıb: "Öz dini təlimlərimizə əsaslanaraq, Qarabağın indiyə kimi işğal altında qalmasına öz etirazımızı və dinlərinə əməl etməkdə problemlərlə üzləşdirilmiş azərbaycanlı bacı-qardaşlarımızla həmdərd olmağımızı bildiririk".

Hacı Bərgi Yeni ilin Azərbaycanda 7 gün rəsmi tətil elan edilməsinə qarşı çıxaraq "Aşura və Ərbəinin tətil edilməməsi təəccüb və təəssüf doğurur” deyə vurğulayıb: "Azərbaycanda şəhid Mübariz İbrahimov kimi qəhrəmanlar və Mövsüm Səmədov kimi mücahidlər də vardır ki, İslam və vətən yolunda öz can və azadlıqlarından keçibər".

Məktəblərdə qız şagirdlərə hicab qadağasından danışan höccətülislam "Bundan öncə də Rzaxan Pəhləvi İranda, Atatürk Türkiyədə, kommunistlər həmin Azərbaycanda dinlə mübarizəyə qalxdılar, amma nakam qaldılar” deyə qeyd edib.

Məlumat üçün bildirək ki, hazırda həbsdə olan Mövsüm Səmədovun xanımı Mehparə Səmədova bir neçə ay əvvəl Tehranda keçirilən "İslami oyanış və qadınlar” mövzusunda toplantda İranın dini lideri Seyid Əli Xamneyiyə şeir oxuması ilə gündəmə gəlmişdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti