İranda Türkçü Höccətül-İslam həbs edildi

29-12-2012, 20:46
Oxunub: 2296


Güney Azərbaycanın Marağa şəhərində bir neçə milli-mədəni fəal və eyni zamanda milli mübariz Höccətül-İslam Əbduləziz Əzimi Qədim tutuqlanmışdır. Məlumata görə, bu gün saat 17:00 radələrində Marağanın Müsəllim meydanında çoxsaylı azərbaycanlı milli fəalların iştirakı ilə etiraz aksiyasi keçirilib. Aksiyaçılar, İranın Ermənistanla siyasi əlaqələri və Şərqi Azərbaycan valiliyinin rəhbərliyinin işğalçı ölkəyə səfər etmələrinə etiraz ediblər. Dinc aksiya keçirən etirazçılar, təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb və onlardan bir neçəsi tutuqlanıb. Hələlik hadisə ilə bağlı geniş məlumat yoxdur.

 

Etirazlara səbəb olan əsas amillərdən biri kimi, Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirzabeyginin rəhbərliyi altında Ermənistana xüsusi nümayəndə heyəti getməsidir. Belə ki, İrəvanda Ermənistan və Şərqi Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin yaradılması, eyni zaman sərbəst iqtisadi bölgənin qurulması məsələləri müzakirə olunmuşdur. Şərqi Azərbaycana məxsus yüklərin dəmir yolu ilə Ermənistana oradan isə Rusiyaya daşınması məsələsi də gündəmə gətirilmişdir. Bu danışıqların həm Güney Azərbaycanın və həm də Quzey Azərbaycanın milli maraqlarının ziddinə olduğunu qeyd edən Höccətül-İslam Əbduləziz Əzimi Qədim dərhal etiraz hərəkətanın başlanılması üçün Güney Azərbaycanın milli fəalları ilə birlikdə hərəkətə keçmişlər. Bunu etiraz hərəkatının geniş mənada vüsət almısını görən Tehranın fars şovinist rejimi dərhal milli fəallara qarşı təzyiq və təqiblərini gücləndirmişdir.

Şərhlər : 1 Şərh yaz
bezik 29 dekabr 2012 22:05  
məncə azərbaycanda olan insanlar heçbirşeyə dəyməz.bu insanları nə millət maraqlandırır nə vətən nə də dövlət.deyirlər ermeniler pis gwndedi eremeniler yox pis günde olan bizim onlar da farslar da çox yaxşı axırımıza çıxır
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti