Gülər Əhmədova onları məhkəməyə verəcək

30-12-2012, 12:57
Oxunub: 2894


"Mənim haqqımda qərəzli materiallar yayan mətbu orqanlarını məhkəməyə verəcəyəm. Onlar mənim başımın qarışıq olmağından və səhhətimdə yaranan problemdən istifadə edib haqqımda qərəzli materiallar yaymaqda davam edirlər”
Bu sözləri Press24.az-a keçmiş millət vəkili Gülər Əhmədova verib. Gülər Əhmədovanın sözlərinə görə, əsasən ona üç mətbu orqan qərəzli münasibət sərgiləyir və mütəmadi olaraq bu kampaniyanı davam etdirirlər: "Bunlar "Yeni Müsavat” qəzeti, "Qafqazinfo.az” və "Modern.az” xəbər portallarıdır. Həmin mətbu orqanların baş redaktorları elə hesab edirlər ki, mənim başımın qarışıq olduğundan istifadə edib, Gülər Əhmədovaya qarşı apardıqları qərəzli kampaniyanın cavabını almayacaqlar. Bu mətbu orqanların mənimlə bağlı yaydıqları hər bir qərəzli məlumatı vəkilimlə birgə toplayıram. Həmin qərəzli materialların müəllifləri və bu məlumatları yayan mətbu orqanların baş redaktorları qanun qarşısında cavab verməli olacaqlar. Çünki onlar mənim təqsirsizlik prezumpsiyasından tutmuş, konstitutsiyon hüquqlarıma qədər pozublar. Buna görə, vaxtı gələndə qanun qarşısında cavab verməli olacaqlar”.
Adı çəkilən medio orqanlarının Gülər Əhmədovaya cavabı gecikməyib. "Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan bildirib ki, məhkəməyə müraciət etmək hər bir vətəndaşın hüququdur: "Gülər Əhmədova da bu hüququndan istifadə edə bilər. O ki, qaldı bizim onunla bağlı qərəzli məlumat yaymağımıza, mənim fikrimcə, bu onun bizə qərəzli yanaşmasından irəli gəlir. Biz ancaq redaksiyamıza məlum videoqalmaqalla bağlı danışmaq istəyənlərin mövqeyini dərc etmişik. Yaxşı olar ki, Gülər Əhmədova öz fəaliyyətini təftiş etsin. Biz Elşad Abdullayevlə bağlı səs-küylü video qalmaqalından, onun ətrafında yaranmış reaksiyalardan yazmışıq. Fikrimcə, burada qərəzli heç bir addım hiss olunmur”.
"Modern.az”xəbər portalının baş redaktoru Elşad Eyvazlı isə bildirib ki, onlar ölkənin ictimai-siyasi həyatında rezonans doğuran bir xəbərdən yazıblar: "Bizim yazılarımızda Gülər Əhmədova ilə bağlı qərəz yoxdur. Jurnalistikanın etik qaydalarına zidd hec bir məlumat yaymamışıq. Amma Gülər Əhmədova bizi məhkəməyə vermək istəyirsə, bu onun hüququdur”.
"Qafqazinfo” xəbər portalının rəhbəri Elburus Ərud isə Gülər Əhmədova ilə bağlı ancaq onun öz dilindən səslənən fikirlərini və sosial şəbəkədə öz profilində yazdıqlarını işıqlandırdıqlarını söyləyib: "Biz Gülər Əhmədovaya qarşı peşə davranışlarına zidd, qeyri-etik hec bir xəbər yazmamışıq. Ona qarşı heç bir qərəzli mövqe sərgiləməmişik. O ki, qaldı Gülər Əhmədovanın bizi məhkəməyə verəcəyinə, hesab edirəm ki, bu ölkədə cəmiyyət üçün onun məhkəməsindən daha maraqlı məhkəmə ola bilməz”.
Şərhlər : 2 Şərh yaz
mehkemebaz 29 dekabr 2012 02:15  
En agilli ve tutarli cavabi Ebrus Erud verib! Aferin Elbrus!
leyla 29 dekabr 2012 04:37  
Guler xanim, bes siz ne vaxt qanun qarshisinda cavab veresiniz? Yoxsa qanunlar size aid deyiller?
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti